Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (7-05-2018, 14:13)
ADAU-da 2017-ci ildə yerinə yetirilən elmi-tədqiqat işlərinin yekunlarına dair konfrans keçirilib

ADAU-da 2017-ci ildə yerinə yetirilən elmi-tədqiqat  işlərinin yekunlarına dair konfrans keçirilib

 

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan 2017-ci ildə yerinə yetirilən elmi-tədqiqat işlərinin yekunlarına dair elmi-praktik konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanın aqrar sahənin inkişafında xidmətlərindən, onun rəhbərliyi ilə aparılan islahatlardan, kənd təsərrüfatı istehslaçılarına dəstəyindən danışıb. Rektor qeyd edib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan aqrar siyasət kursu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, aqrar sahənin inkişafının sürətləndirilməsi üçün əhəmiyyətli tədbirlər həyata keçirilir.

Konfransda Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) elmi-tədqiqat işlərinin aqrar sahədə sahibkarlıq subyektlərinin tələblərinə uyğunlaşdırılması, habelə son illərdə universitetdə yaradılan laboratoriyaların, mərkəzlərin, o cümlədən bitki klinikasının, torpaqşünaslıq və aqrokimya laboratoriyasının imkanlarından səmərəli istifadə edilməsi, tədqiqat işlərinin nəticələrinin istehsalatda tətbiqi və kommersiyalaşdırılması, respublika və beynəlxalq səviyyəli tədqiqat layihələrinin sayının artırılması, sifarişli işlərinin yerinə yetirilməsi, elmi-tədqiqat işlərinin maliyyələşmə mənbələrinin diversifikasiyası, “Aqrar Məsləhət Xidməti”nin fəaliyyətinin və fermerlərlə əlaqələrin daha da genişləndirilməsi, elmi-pedaqoji kadr hazırlığının təkmilləşdirilməsi məsələlərindən geniş danışılıb.

Sonra 2017-ci ildə yerinə yetirilən elmi-tədqiqat işlərinin yekunlarına dair elm şöbəsinin müdiri, dosent Abbas İsmayılov hesabat verib.

Plenar iclasda biologiya kafedrasının müdiri, professor Zaur Hümbətov “Heydər Əliyev – Azərbaycanın yaşıl abidələrinin memarıdır”, texniki mexanika və qrafika kafedrasının müdiri, dosent Şahlar Babayev “Lifli pambıq çiyidlərindən səpin materialı istehsalı üçün kombinə edilmiş "ADAU" üsulunun işlənməsi və tədqiqi”, maliyyə və iqtisadi nəzəriyyə kafedrasının müdiri, professor Məhərrəm Hüseynov və həmin kafedranın assistenti Cəfər Cəfərov “Aqrar sahənin inkişafında dövlət dəstəyinin rolu”, qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasının dosenti Elnur Heydərov “Azərbaycanda natural şərabların istehsal texnologiyasının təkmilləşdirilməsi”, menecment və aqrar marketinq kafedrasının baş müəllimi Anar Həsənov “Aqrar sahənin istehsal strukturunun modernləşdirilməsində beynəlxalq idarəetmə təcrübəsindən istifadənin mövcud vəziyyəti və onun qiymətləndirilməsi”, epizootologiya, mikrobiologiya və parazitologiya kafedrasının assistenti Ramil Məmmədov “Talvar altında Faraon bildirçinlərinin saxlanılması texnologiyası və işlənib hazırlanılması” mövzularında məruzələr ediblər.

Konfrans Aqronomluq, Aqrotexnologiya, Baytarlıq təbabəti və zoomühəndislik, Mühəndislik, Aqrar iqtisadiyyat, Aqrobiznes və idarəetmə fakultələrinin tədris korpuslarında olmaqla 6 bölmədə işini davam etdirib və ümumilikdə 133 məruzənin dinlənilməsi nəzərdə tutulub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024