Sosial (Bu gün, 20:02)
QARAYEVİN “QARA İŞLƏRİ” İFŞA EDİLİR... – Mehdiyev sabiq nazirə kimləri “verbovka” etməyi tapşırıb?
16 il Azərbaycanın mədəniyyət naziri olan və bu dövrdə nazirlikdə baş verən korrupsiya, vəzifə cinayətləri ilə əlaqədar medianın tənqid hədəfində olmuş Əbülfəs Qarayev yenidən gündəmdədir. Bu dəfə onun adı dövlətə xəyanət ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunmuş Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə qoşa çəkilir. Atalar nahaq yerə deməyib ki, “Dostunu göstər, kim olduğunu deyim”. Bu baxımdan vaxtilə ətrafına dövlət vəsaitlərinin mənimsənilməsi, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadə, saxtakarlıq kimi çirkin əməllərdə ittiham olunaraq həbsə göndərilənləri toplayan, talançılara vəzifə verən Qarayevdən yaxşı nəsə gözləmək çətindir.Yada salaq ki, 2020-ci ilin mayında keçirilən antikorrupsiya əməliyyatı nəticəsində nazir müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması Xidmətinin rəhbəri Zakir Sultanov rüşvət, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs olunub. Məhkəmə Bayramova 8 il, Sultanova isə 11 il həbs cəzası verib. Bu əməliyyatdan qısa müddət sonra – 21 may 2020-ci ildə Ə. Qarayev vəzifəsindən azad edilib. Mədəniyyət məmurlarının məhkəməsində onun adı dəfələrlə çəkilib, konkret faktlar təqdim edilib, amma hakimlər nədənsə cənab Qarayevin heç olmasa şahid qismində belə proseslərə dəvət etmədilər.
İndi isə məlum olur ki, onun cinayət məsuliyyətindən azad edilməsini hakimlərə şəxsən Ramiz Mehdiyev tapşırıbmış.Eyni zamanda bildirilir ki, sabiq nazirin “qara işləri” yalnız məhkəmələrdə açıqlananlarla məhdudlaşmayıb. Hökumətə yaxın media resurslarının verdiyi məlumatlarda qeyd olunur ki, Ramiz Mehdiyev işi çərçivəsində də Əbülfəs Qarayevin adı hallanır. Onun adı Ramiz Mehdiyevin çevrəsində olan “şimal dostu” kimi çəkilir.
Məlumata görə, Mehdiyevin və Rusiya xüsusi xidmət orqanlarının yüksək vəzifəli əməkdaşlarının iştirakı ilə Bakı bağlarının birində təşkil olunan görüşlərdə Qarayev aktiv iştirakı, hətta məclisləri şənləndirməsi ilə seçilib. Ramiz Mehdiyevin tapşırığı ilə o, məlum qruplaşma üçün “verbovka” tədbirləri həyata keçirib. Vəzifədə olan, potensiala malik ayrı-ayrı şəxsləri qruplaşmanın təsir dairəsinə salmağa çalışıb. O, dost məclislərində “Azərbaycanda ən güclü qrup bizik” deyirmiş...
Sabiq nazirin kimləri Rusiya şəbəkəsi üçün "verbovka” açıqlanmasa da, onların adlarının da məlum olduğu şübhə doğurmur...
Mehdiyevin “xəyanət şəbəkəsinin” fəal üzvü olduğu iddia edilən Qarayevin nazir olduğu dövrdə yol verdiyi qanunsuzluqlarla bağlı da ciddi ittihamlar səsləndirib: “Onun rəhbərliyi dövründə Mədəniyyət Nazirliyində büdcə yeyintiləri astronomik həddə çatmışdı, hər şey rüşvətlə həll olunurdu. Hətta dövlət mükafatları verilən mədəniyyət, incəsənət nümayəndələrindən belə rüşvət alındığı ictimaiyyətdə geniş müzakirə olunurdu. Üstəlik, Azərbaycan xalqının mədəniyyət və incəsənət incilərinin oğurlanaraq qaçaqmalçılıq yolu ilə xaricə çıxarılması və satılması halları da həmin müzakirələrin tərkib hissəsi idi. Azərbaycan mədəniyyəti hələ də Əbülfəs Qarayevin vurduğu zərbələrin fəsadlarını yaşayır”.
“Vəzifədə olduğu illər ərzində o, dövlətdən çırpışdırdığı milyonlar hesabına Rusiya, Litva, Panama, Malta kimi ölkələrdə biznes qurub. Azərbaycanda və xaricdə onun ailə üzvlərinin baş hərflərindən ibarət olan QALS (Qarayev, Əbülfəz, Lalə, Suad) brendi yaradılıb və o, özündə çoxsaylı daşınmaz əmlakı, biznesi cəmləşdirib...”, – deyə bildirilir.Qeyd olunur ki, müharibədən əvvəl Azərbaycanın dövlət strukturlarında təmizləmə prosesinə başlanılıb, bir çox məmur vəzifəsindən kənarlaşdırılıb, bəziləri məsuliyyətə cəlb edilib. Ancaq Əbülfəs Qarayev vəzifədən qovulsa da, müxtəlif vasitələrdən istifadə etməklə cəzadan yayına bilib. Ancaq Azərbaycan mədəni irsinə, mədəniyyətinə və mənəviyyatına ağır zərbələr vurulmasında əsas rollardan biini ifa edən bu şəxsin məsuliyyətdən kənarda qalmamalı olduğu da vurğulanır.
Hökumətə yaxın mediada Əbülfəs Qarayevə qarşı bu cür ağır ittihamların işıq üzü görməsi artıq onun da “qara günlərinin” başladığının xəbərçisidir. Sabiq nazirin cavab verməli olduğu çox sual var...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
























