Karusel (Bu gün, 16:47)
“AVANT QRUP”un gizlətdiyi ƏDV oyunu: Sakinlər AYAĞA QALXDI - VİDEO
Bakı şəhərində “Avant Park” yaşayış kompleksinin sakinləri yenidən bir araya gələrək “Avant Qrup” MTK və Dövlət Vergi Xidmətinin fəaliyyəti ilə bağlı ciddi narazılıqlarını ictimailəşdiriblər. Sakinlərin iddiasına görə, illərlə onlardan alınan ödənişlərin tərkibindəki əlavə dəyər vergisinin (ƏDV) ayrıca hesaba köçürülməli olduğu onlardan gizlədilib.Mediatv.az PozanMedia-ya istinadla xəbər verir ki, nəticədə dövlətin vətəndaşlara verdiyi 30 faizlik ƏDV güzəşti kağız üzərində qalıb, yüzlərlə ailə ödədiyi minlərlə manatdan faktiki şəkildə məhrum edilib.
Sakinlər bildirirlər ki, mənzilləri “Avant Qrup”dan alarkən onlara ƏDV-nin satıcının ayrıca ƏDV depozit hesabına ödənilməli olduğu barədə heç bir məlumat verilməyib. Onların sözlərinə görə, Prezidentin 2022-ci il tarixli müvafiq fərmanı imzalandıqdan sonra MTK-nın ofisinə gedərək məsələni dəqiqləşdirmək istəsələr də, “Narahat olmayın, ödənişi bitirin, ƏDV-ni sonra alacaqsınız” cavabı ilə yola salınıblar. Lakin əsas şərt – ƏDV-nin ayrıca hesaba köçürülməsi – izah edilməyib.
Bu isə sakinlərin fikrincə, artıq sadəcə unutqanlıq yox, yüzlərlə vətəndaşın dövlət tərəfindən ona tanınmış güzəşt hüququndan məhrum edilməsi deməkdir. Beləliklə, Prezidentin 2022-ci il fərmanı ilə vətəndaşlara verilən ƏDV-nin 30 faizinin geri qaytarılması mexanizmi “kağız üzərində qalan güzəşt”ə çevrilib.
Toplantıda çıxış edən sakinlər ödəniş sənədlərini, müqavilələri və bank qəbzlərini media nümayəndələrinə təqdim edərək dövlət qurumlarını hərəkətə keçməyə çağırıblar. Onları birləşdirən təkcə eyni binada yaşamaq deyil, eyni haqsızlıq təcrübəsi, eyni zərər və eyni sualdır: “Bizim ƏDV-ni kim qaytaracaq?” Bu sual isə aylarla, hətta illərlə cavabsız qalır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
























