Karusel / Redaktor seçimi (Dünən, 09:05)
Vüsal Abdullayevin qanunsuz əməllərinə niyə göz yumulur?
Mediatv.az xəbər verir ki, Səhiyyə Nazirliyində yaradılmış Xüsusi Təftiş Komissiyasının bu ilin aprel ayında araşdırmasından sonra qanunsuz plastik cərrahiyə sertifikatına malik həkimlərin olduğu aşkarlandı.Sertifikatsız fəaliyyət göstərən cərrahların sayı az görünsə də, yaratdıqları təhlükə çox böyükdür. Təkcə estetik qüsurlar deyil, infeksiyalar, nekroz, qan itkisi, allergik şok, hətta ölüm riski belə mümkündür.Lakin peşəkar fəaliyyətinə qoyulan məhdudiyyətə və sertifikatının ləğvinə baxmayaraq,bəzi plastik cərrahlar öz fəaliyyətini qeyri-leqal şəkildə davam etdirir.
Belələrindən biri də Badam Medical Centerdə fəaliyyətini davam etdirən Vüsal Abdullayevdir.İnternet üzərindən araşdırma apararkən Şərbət Sultanəliyeva adlı bir qadının keçən il Bakıdakı Badam klinikasında plastik əməliyyat etdirdiyinə rast gəldik.Əməliyyatı cərrah həkim Vüsal Abdullayev icra edib. Əməliyyatdan sonra xəstənin halı pisləşib, ağrıları çoxalıb. Müəyyən müddət keçsə də sağalma prosesi başlamayıb.Şərbət xanım normal şəkildə hərəkət edə bilmir, əyilib qalxmaq əzab verir.Bir vətəndaş həkim səhvinə görə yarımcan olub. Cavan bir qadın nə işləyə bilir, nə də normal həyatını yaşaya bilir. İki ildir əsəb, stress, ağrı-acı içində gününü keçirdir.Sertifikatının ləvğ olunmasına bamayaraq Vüsal Abdullayev qanunsuz fəaliyyətini Badam Medical Centerdə yenə də davam etdirir.Bu yerlərdə sterilizasiya yox, tibbi nəzarət yox – yalnız pul qazanmaq üçün riskə atılan insan həyatı var.Belə yerlər tibbi mərkəz deyil, təhlükə mənbəyidir.Sertifikatı ləğv edilmiş bir şəxsin yenidən əməliyyat masasına qayıtması və Badam Medical Centerin belələrinə "meydan verməsi" sadəcə etinasızlıq deyil, açıq şəkildə qanuna meydan oxumaqdır.Bəs gərəsən Badam Medical Center ilə həkim Vüsal Abdullayev arasında əmək müqaviləsi bağlanılıbmı?Araşdırmamız davam edir..
Qarşı tərəfincavab haqqını tanıyırıq
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025






















