Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (3-10-2016, 16:38)
AQRAR UNİVERSİTETİNDƏ 8-Cİ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB - FOTOLAR

AQRAR UNİVERSİTETİNDƏ 8-Cİ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB - FOTOLAR

 

         Azərbaycan Dövlət Aqrar Universitetində “Aqrar elmin inkişafı, ərzaq təhlükəsizliyi,və ətraf mühitin mühafizəsində beynəlxalq əməkdaşlıq” mövzusunda  8-ci beynəlxalq elmi-praktik konfrans keçirilib.

        Mediatv.az xəbər verir ki,  ADAU-nun mətbuat xidmətinin məlumatına görə artıq  təhsil müəssisəsində beynəlxalq elmi konfranslar ənənə şəklini alıb və bu dəfə keçirilən konfransda 16 ölkədən-Almaniya, Banqladeş, Bolqarıstan, Çexiya, Gürcüstan, Moldova, Özbəkistan, Polşa, Qazaxıstan, Qırğızıstan, Ruminiya, Rusiya Federasiyası, Tailand, Türkiyə, Ukrayna və Yunanıstandan 48 nəfər nümayəndə iştirak edib. Konfransa həmçinin Gürcüstanın kənd təsərrüfatı nazirinin müavini Yuri Nozadze, Ruminiya kənd təsərrüfatı nazirliyinin müşavirləri Georgata Musat, Basarabesu Liliana və  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Bakı ofisinin rəhbəri Melek Çakmak, eləcə də respublikanın aparıcı ali təhsil və elmi-tədqiqat müəssisələrinin nümayəndələri qatılıblar.

         ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov mətbuata bildirib ki, konfransın əsas məqsədi aqrar elmin inkişafı, ərzaq təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində respublikamızın və dünyanın aparıcı ali təhsil və elmi-tədqiqat müəssisələrinin tədqiqatçılarını bir araya gətirmək, əldə olunan elmi naaliyyətləri və təcrübələri bölüşmək, ortaq problemləri müzakirə etmək, onların həlli üçün tövsiyyələr verməkdir.

         2016-cı il Avropa gənclər paytaxtı Gəncənin Heydər Əliyev mərkəzində baş tutan konfransda isə İbrahim Cəfərov universitetin tarixi, bu günü və gələcək prespektivləri barədə danışıb. Deyib ki,  ərzaq təhlükəsizliyi və ətraf mühitin mühafizəsində beynəlxalq əməkdaşlıq indi oldqca əhəmiyyətlidir.

         Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov isə nazir Heydər Əsədovun təbriklərini konfrans iştirakçılarına çatdırıb, bu cür beynəlxalq tədbirlərin əhəmiyyətindən, respublikada aqrar sahəyə dövlət dəstəyindən, aqrar elm və təhsil sahəsinin  qarşısında duran vəzifələrdən danışıb.

         Plenar iclasda akademik Qərib Məmmədov, Genetik Ehtiyatlar İnstitunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkbərov, Timiryazev adına Rusiya Dövlət Aqrar Universitetinin professoru Fevzi Cəlilov, Türkiyənin Namiq Kamal Universitetinin dosenti Orhan Şimşek, Toilandın Songkla Universitetinin dosenti Saraşuth Chesoh, Almaniyanın Qreifsavald universitetinin professoru Anja Salzer, ADAU-nun dosenti Vüqar Bəşirov və Urfan Tağıyev maraqlı məruzələr ediblər. Konfransa video bağlantı ilə qoşulan ABŞ-ın İllinoys universitetinin professoru Mohammad Babadoost son illər universitetin əldə etdiyi naaliyyətlərdən, bitki mühavizəsi sahəsində aparılan tədqiqatlardan danışıb. Hazırda Kənd Təsərrüfatı nazirliyinin dəstəyi ilə 2 nəfərin, o cümlədən ADAU-nun bitkiçilik kafedrasının doktopantı Sahil Quluyevin İllinoys universitetində elmi-praktik təcrübə keçmələri haqqında məlumat verib və bu istiqamətdə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

         Plenar iclasın sonunda universitetlərarası əlaqələrin inkişafında xidmətlərinə görə Qazaxıstan Milli Aqrar Universitetin rektoru, akademik Tlektes Espolova və Timiryazev adına Rusiya Dövlət Aqrar Universitetinin professoru Fevzi Cəlilova ADAU-nun fəxri doktoru diplomları təqdim olunub.

         16 elmi istiqamət üzrə 4 bölmədə keçirilən konfrans işini universitetin fakültələrində davam etdirib.

         Aqrar universitetin mətbuat xidmətindən onu da bildiriblər ki, konfransın keçirildiyi günlərdə iştirakçılar təhsil müəssisəsinin tədris korpusları, son illərdə yaradılan maddi- texniki baza, o cülədən qapalı və açıq balıq yetişdirmə, quşçuluq tədris mərkəzi, bildirçin yetişdirmə, bitki klinikası, istixanalar, torpaqşünaslıq və aqrokimiya laboratoriyası, patoloji anatomiya muzeyi, müasir standartlara uyğun yeni təmir olunan mühəndislik korpusu, habelə yenicə istifadəyə verilə və 500-dən çox tələbənin yaşadığı yataqxana kompleksi ilə yaxından tanış olacaqlar.

AQRAR UNİVERSİTETİNDƏ 8-Cİ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB - FOTOLAR
AQRAR UNİVERSİTETİNDƏ 8-Cİ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB - FOTOLAR
AQRAR UNİVERSİTETİNDƏ 8-Cİ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB - FOTOLAR

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024