Karusel / Redaktor seçimi (Bu gün, 13:45)
Aygün Əliyevadan Ramiz Mehdiyevə bağlı rektorun xanımına “xüsusi qayğı”: “Sağlamlığın qorunması” adlı rəfiqəbazlıq…- FOTOLAR
Söz verdiyimiz kimi, QHT-lərə Dövlət Dəstəyi Agentliyində qanun pozuntularını, əsasən də dövlət büdcəsindən ayrılan qrant vəsaitlərinin hansı prinsiplər əsasında vəzifəli şəxslərin ailə üzvlərinə, qohum və tanışlarına paylanması faktlarını ətraflı araşdırmaqda davam edirik.Xatırlayırsınızsa, ötən dəfə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın Azərbaycan Respublikası Prezidentinin sabiq mətbuat katibi Azər Qasımovun həyat yoldaşı - Aytən Qasımovaya və onun rəhbərlik etdiyi “Mədəni İnkişafa Dəstək” İctimai Birliyinə necə “qayğı” göstərməsi barədə yazıb, faktları təqdim etmişdik. Sıravi şəxslərin rəhbərlik etdiyi QHT-lərin tədbirlərində iştirak etməyən Aygün Əliyeva Aytən xanımın tədbirində ona elə sığınmışdı ki, sanki Azər Qasımov bu xidmətinə görə ona daha yüksək vəzifə verəcəkdi. İndi isə “Yenixeber.org”-a bu istiqamətdə daxil olmuş daha bir nümunə…Daha bir vəzifəli şəxsin həyat yoldaşına məxsus olan QHT-yə göstərilən “qayğı”dan yazacağıq. Şübhə yox ki, çoxlarınız Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevi tanıyırsınız.
Son günlər Ramiz Mehdiyevin kadrı hesab edilən Elçin Babayev barədə də mediada maraq doğuran materiallar tirajlanmaqdadır. Amma söhbətimiz Elçin Babayevin özü ilə bağlı deyil, onun həyat yoldaşı Yazgül Abdıyevanın rəhbərlik etdiyi qeyri-hökumət təşkilatı ilə bağlıdır.
Yazgül xanım ilk vəzifəli şəxsin həyat yoldaşı və ya yaxın qohumu deyil ki, öz işi ilə bərabər, hər hansı bir QHT yaradıb qrant alsın. Son illər artıq bu dəb halını alıb. Yazgül Abdıyeva tibb işçisi olsa da, sonradan “Sağlamlığın qorunması” adlı QHT yaradaraq QHT Şurası, sonradan QHT Agentliyi ilə əməkdaşlıq etməyə başlayıb.
Çox maraqlıdır ki, əvvəlki illərdə Yazgül xanımın rəhbərlik etdiyi QHT 6-7 min manat aldığı halda, son illər ona göstərilən “diqqət və qayğı” sürətlə artıb. Artıq 2025-ci ilin qrant müsabiqəsində ona 13 min manat vəsait ayrılıb. Onu da qeyd edək ki, “Sağlamlığın Qorunması” İctimai Birliyi sonuncu, yəni 2025-ci il qrant müsabiqəsində “Sağlam və təhlükəsiz həyat tərzinin təbliği” istiqaməti üzrə yüksək məbləğ alan 5-ci QHT-dir.
İstərsə də digər yüksək vəzifəli şəxslərin həyat yoldaşlarının, ailə üzvlərinin və yaxınlarının qrant almasında QHT Agentliyinin icraçı direktoru Aygün Əliyevanın əməyi müstəsnadır. Diqqət edirsinizsə, Aygün Əliyeva vəzifəli şəxslərin həyat yoldaşlarından ibarət çevrə formalaşdırmaqdan, onların yanında dayanıb, fotolar çəkdirməkdən ötrü əldən-ayaqdan gedir.Şübhəsiz ki, bütün bu “diqqət və qayğı” qarşılıqsız qalmır. Elə son illər onun haqqında, faktlara əsaslanan yazılardan sonra “gözün üstə qaşın var”, deyilməməsi çox mətləblərdən xəbər verir. Aygün Əliyevanın səxavət kisəsi çox bağlı qapıları açmaqdadır. Necə deyərlər, ”Al gülüm, ver gülüm”. Hesablama Palatasından tutmuş,digər qurumlara qədər hamı ilə gözəl dostluq, tanışlıq münasibətləri qurulub. Hamının QHT-si var, dövlətin vəsaitlərindən geninə-boyuna qrant verilir. Biz üzərimizə düşən qədər məsələlərə işıq salmağa çalışırıq və bundan sonra da çalışacağıq. Gerisi aidiyyəti dövlət qurumlarının vəzifəsidir.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Heç şübhəsiz ki, QHT sektorunda olan şəxslər də yaxşı bilir ki, istər Yazgül Abdıyevanın,(Yenixeber.org )
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025





















