Sosial (Bu gün, 19:56)
Uyğunluq göstəricilərinə cavab verməyən “İS.M.M.” MMC 4 milyonluq tenderləri necə udub
Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Şəmkir şəhərində avtomobil yollarının təmiri işlərinin satın alınması ilə əlaqədar keçirilmiş açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi ən aşağı qiymət təklifi təqdim etmiş “Gəncə Körpü Tikinti-2” ASC seçilib və tərəflər arasında 1 531 093,87 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.Həmçinin şərtlər toplusunda müəyyənləşdirilmiş uyğunluq göstəricilərinə dair tələblərə cavab vermədiklərinə görə “Mühəndis Yol Təmir Tikinti” MMC, “Proqress İnşaat EN” MMC, “Baku Building” MMC və “İS.M.M.” MMC “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.1.1-ci (35.1.1. təchizatçı və (və ya) subpodratçı uyğunluq göstəricilərinə cavab vermədikdə;) maddəsinə əsasən satınalmadan kənarlaşdırılmışdır.
Göründüyü kimi Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi satınalmaların portalında Şəmkir şəhərində avtomobil yollarının təmiri işlərinin satın alınması üzrə keçirilmiş tenderdə bir neçə şirkətin uyğunluq göstəricilərinə dair tələblərə cavab vermədiyini açıqlayıb. Onların arasında daha çox yolların əsaslı təmiri işlərini həyata keçirən “İS.M.M.” MMC-də yer alır.
Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, “İS.M.M.” MMC 2025-ci ilin bir neçə ay ərzində yolların əsaslı təmiri işləri üzrə bir neçə rayon icra hakimiyyəti ilə ümumi dəyəri 3 mln 815 299 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Sumqayıt şəhər İcra Hakimiyyəti yanında “Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi” 25.11.2025-ci ildə Sumqayıt şəhərində küçə və məhəllə-mikrorayon ərazilərinin asfalt örtüyünün əsaslı təmiri işlərinin satınalınması üzrə “İS.M.M.” MMC ilə 1.916.877,22 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Lənkəran şəhər İcra Hakimiyyəti yolların əsaslı təmiri işlərinin görülməsi üzrə “İS.M.M.” MMC ilə 933.227,27 manat məbləğində satınalma müqaviləsini 25.09.2025-ci ildə bağlayıb.
Siyəzən rayon İcra Hakimiyyəti Siyəzən şəhərinin şəhərdaxili yollarının əsaslı təmiri üzrə “İS.M.M.” MMC ilə 550.002,1 manat məbləğində satınalma müqaviləsini 09.09.2025-ci ildə bağlayıb.
Gədəbəy rayon İcra Hakimiyyəti Gədəbəy şəhərində küçələrin asfalt örtüyünün əsaslı təmiri üzrə “İS.M.M.” MMC ilə 309.246,14 manat məbləğində satınalma müqaviləsini 06.05.2025-ci ildə bağlayıb.
Şabran rayon İcra Hakimiyyəti başçısının Şabran şəhəri üzrə nümayəndəliyi Şabran şəhərinin küçələrində yolların cari təmiri işləri üzrə “İS.M.M.” MMC ilə 105.947,19 manat məbləğində satınalma müqaviləsini 11.04.2025-ci ildə bağlayıb.
Salyan rayon İcra Hakimiyyəti yolların əsaslı təmiri işlərinin görülməsi üzrə “İS.M.M.” MMC ilə 766.767 manat məbləğində satınalma müqaviləsini 15.10.2024-cü ildə bağlayıb.
Bu məlumatlardan da göründüyü kimi, “İS.M.M.” MMC son bir neçə ay ərzində ümumi dəyəri 4 milyon manata yaxın bir neçə tenderin qalibi seçilib. Amma nədənsə yuxarıda adları çəkilən rayon İcra Hakimiyyətləri “İS.M.M.” MMC-nin uyğunluq göstəricilərinə cavab vermədiyini aşkar etməmişlər.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “İS.M.M.” (VÖEN 1400006201) Məhdud Məsuliyyətli Cəmiyyəti 30.04.2004-cü ildə 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 897 170 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Əlövsət Quliyev küçəsi, ev 98, mənzil 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur. MMC-nin ilk qanuni təmsilçisi Xudiyeva Mürvət Xıdır qızı olub. Onu Sadıqov Ceyhun İsmayıl oğlu əvəzləyib. Ceyhun Sadıqov 2023-cü ilə qədər “İS.M.M.” “MMC-ni təmsil edib.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 07.08.2023-cü il tarixli, EL-623/2023/1 nömrəli qərarı ilə MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya verilib. Buraya avtomobil yolları, aerodromların ucuş-enmə zolaqları, körpülərin, estakadaların və yol ötürücülərinin tikintisi də daxildir.
Bütün bu kimi məlumatlardan sonra suallar yaranır. “İS.M.M.” “MMC-nin uyğunluq göstəricilərinə dair tələblərə cavab vermədiyini açıqlayan Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə inanasan, yoxsa yüz minlərllə manat dəyərində dövlət sifarişi verən digər İcra Hakimiyyətlərinə?
Aktualinfo.net
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025






















