Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Bu gün, 16:43)
Sabiq nazirin milyonluq əmlaklarının siyahısı YAYILDI

 Bu gün işdən azad edilən Naxçıvanın Səhiyyə naziri Samiq Sadıxovun milyonluq əmlaklarının siyahısı yayılıb. Siyahını sosial şəbəkələrdə Hörümçək TV yayımlayıb.
İddialara görə, S.Sadıxovun və onun yaxın çevrəsinin son iki ildə əldə etdiyi qeyd-şərtsiz mülklər və aktivlər aşağıdakılardır:
Kükü kəndində Seymur Sadıxovun adına villa.
Kənd sakinləri villanın son bir ildə tikildiyini, yüksək standartlarla inşa edildiyini deyirlər.
Diaqnostika Mərkəzinin qarşısında 280 min manatlıq 6 sot torpaq.
Sahənin qardaşı Bayram Sadıxovun adına rəsmiləşdirildiyi bildirilir. Rayon sakinləri sahənin bir neçə ay əvvəl alındığını təsdiqləsələr də, kimə məxsus olduğu barədə danışmaqda çəkinirlər.
Ağ Şəhərdə iki mənzil.
Hər iki mənzilin kirvəsi Sahil adlı şəxsə rəsmiləşdirildiyi bildirilir. Bu mənzillərin bazar qiymətinin ümumilikdə təxminən 800–900 min manat olduğu qeyd olunur.
Sea Breeze kompleksində iki mənzil.
Yenə eyni şəxsin adına qeydiyyatda olduğu deyilir. Kompleksin qiymətləri nəzərə alınarsa, bu obyektlərin ümumi dəyərinin bir neçə yüz min manatı keçdiyi ehtimal edilir.
Toyota markalı avtomobillər.
Son bir ildə alındığı deyilən avtomobillərin tam sayı bilinməsə də, mənbələr onların ikidən çox olduğunu iddia edir.
Ortopedik döşək istehsalı müəssisəsi.
Qardaşı Bayram Sadıxovun adına həm Bakıda, həm Naxçıvanda fəaliyyət göstərən müəssisənin əsas sərmayəçisi kimi nazirin özü göstərilir.
2 milyon manatlıq özəl hospital layihəsi.
S.S. və Zaur Ə. tərəfindən həyata keçirilməsi planlaşdırıldığı deyilən layihənin ilkin hazırlıq işlərinin artıq başladığı da iddialar arasındadır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025