Sosial (Bu gün, 13:10)
Məmmədli kəndində yerləşən göl qanunsuz şəkildə qurudulur? - VİDEO
Göl daşıb, evlərin zirzəmisinə dolub... Sakinlər zirzəmidəki suyu özləri nasosla çəkiblər...Xezerxeber.az xəbər verir ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən, Məmmədli gölünün çirkab suyu daşır.
Sakinlər iddia edir ki, buna səbəb gölün qanunsuz şəkildə torpaqla doldurulmasıdır. Hətta zirzəmisi su ilə dolan evlərin sakinləri, yaşadıqları evdən köçüblər. Gölün torpaqla doldurulan hissəsi tikinti məqsədi daşıyır.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, qeyd olunan ərazidə Xidmətin mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. Şəbəkə olmayan ərazilərdə, qeyd olunan ünvan da daxil olmaqla təchizatın qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.
Abşeron rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, bir müddət bundan əvvəl kənarda yaşayan sakinlərin təmir-tikinti qalıqlarını göl ətrafına tökmələri müşahidə olunub. Bununla əlaqədar lazimi tədbirlər görülüb, qarşısı alınıb və məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda o cür fəaliyyət yoxdur
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025






















