Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (Bu gün, 16:49)
Sabiq direktorla bağlı məhkəmə araşdırması yekunlaşdı

 Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin mənimsəmədə təqsirləndirilən sabiq direktoru Mətləb Hüseynov və baş mühasibi Aynaxanım Babayevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəməyə daxil olmuş ərizəyə baxılıb.

Məlum olub ki, dəymiş zərər tam ödənilib və Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi tərəfindən verilmiş mülki iddia təmin olunub.

Prosesin davamında məhkəmə istintaqının yekunlaşdığı elan olunub və çıxışlar mərhələsinə keçilib.

Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Növbəti iclas dekabrın 11-nə təyin edilib.

Qeyd edək ki, cinayət işində zərərçəkmiş qismində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq müddətində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

İbtidai istintaqla müəyyən edilib ki, Mətləb Hüseynov Aynaxanım Babayeva ilə əlbir olaraq işçilərin bank hesabına əlavə pullar köçürüb, sonradan həmin 175 min 365 manatı nağdlaşdıraraq mənimsəyiblər.

Onların barəsindəki cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb.

шаблоны для dle 11.2

Xəbər lenti
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025