Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (13-02-2018, 13:06)
ADAU-da fermerlər üçün quşların bəslənməsinə dair seminar keçirilib

ADAU-da fermerlər üçün quşların bəslənməsinə dair seminar keçirilib

 

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində fermerlərlə keçirilən növbəti elmi-praktik seminarda quşların bəslənməsi məsələsi müzakirə edilib.

ADAU-nun mətbuat xidmətinin xəbərinə görə Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov giriş nitqində aqrar sahəyə dövlət qayğısından və bütövlükdə bu sahədə daha yüksək məhsuldarlığa nail olmaq, universitet-sənaye əməkdaşlığını genişləndirmək baxımından belə seminar-görüşlərin əhəmiyyətindən danışıb. Rektor qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr edilən konfransda ölkə iqtisadiyyatının bütün sahələrinin, o cümlədən kənd təsərrüfatının, habelə quşçuluğun inkişafı məsələləri geniş müzakirə olunmuşdur. Bundan əlavə, 6 dekabr 2016-cı il tarixində müvafiq Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə sənaye üsulu ilə quşçuluq məhsullarının istehsalı sahəsinin rəqabətqabiliyyətliliyinin artırılması baxımından bu sahədə damazlıq işinin gücləndirilməsinin aktuallığı məsələsinə yer verilmişdir.

Ibrahim Cəfərov ADAU-da yaradılan quşçuluq tədris mərkəzi haqqında da seminar iştirakçılarına məlumat verərək bildirib ki, baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin tələbələri bu tədris mərkəzində quşların yemləndirilməsi, xəstəliklərə qarşı profilaktiki tədbirlərin aparılması, temperatur, nəmlik, havalandırma və.s. məsələləri əyani şəkildə öyrənirlər, magistrant, doktorant və dissertantlar mühüm elmi-prakik əhəmiyyət daşıyan tədqiqat işləri aparırlar. Təqdirəlayiq haldır ki, mərkəzdə tələbələr işlə təmin olunublar ki, bu da onların praktik bilik və bacarıqlarına müsbət təsir etməklə yanaşı sosial əhəmiyyət daşıyan məsələlərdən biridir.

Seminarda Samux, Goranboy, Tərtər, Bərdə, Ağdaş, Ucar, Ağdam, Şəmkir, Tovuz və Göygöl rayonlarında quşçuluqla məşğul olan sahibkarlar təhsil müəssisəsinin alimləri və dəvət olunan mütəxəssislərin müxtəlif mövzularda məruzələrini dinləyib, müzakirələr aparıblar.

Hazırda ADAU ilə sıx əməkdaşlıq edən sahibkar, Ucar rayonu Müsüslü quşçuluq fabrikinin direktoru Qiyas Hacıyev ətlik, ətlik-yumurtalıq və yumurtalıq istiqamətdə quşların cins tərkibinin müəyyənləşdirilməsi və bəslənməsi, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, dosent Mahir Hacıyev və ADAU-nun Yoluxmayan xəstəliklər kafedrasının müdiri, professor Arif Tağıyev quşların yemləndirilməsi, Epizootologiya, mikrobiologiya və parazitologiya kafedrasının müdiri, dosent Zahir Ələsgərov quşların xəstəliklərinə qarşı profilaktiki tədbirlər, menecment və aqrar marketinq kafedrasının müdiri, dosent əvəzii Asif Həsənov quş əti və yumurta istehsalı və satışının təşkili mövzularında məruzələr ediblər.

Seminarın sonunda iştirakçılar universitetin quşçuluq tədis mərkəzində istehsal prosesi və aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olub, əməkdaşlıq əlaqələrinin istiqamətlərini müzakirə ediblər.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024