Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (Bu gün, 16:41)
“Çevriliş işi”ndə sıra generallara çatdı - NƏ BAŞ VERİR?

 Vaxtilə “boz kardinal” kimi tanınan Ramiz Mehdiyev hazırda dövlətə qarşı ağır ittihamlarla üz-üzədir. Bu prosesin diqqətçəkən tərəfi yalnız onun özü ilə məhdudlaşmır, ailə üzvləri və yaxın qohumları da araşdırmalara cəlb edilib. İki gün əvvəl Ramiz Mehdiyevin oğlu fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edildi.
“Haqqin.az” saytında dərc edilən məqalədə adı saysız-hesabsız korrupsiya iddialarında hallanan gömrük generalı Telman Mehdiyev də onun qohumu kimi təqdim edilir. General Telman Mehdiyev Azərbaycan gömrük sistemində uzun illər yüksək postlarda çalışıb. 2021-ci ildə ona gömrük xidməti general-mayoru rütbəsi verilib. O, 2022-ci ilə qədər Dövlət Gömrük Komitəsinin Enerji resursları və dəniz nəqliyyatı Baş Gömrük İdarəsinə rəhbərlik edib. Bu idarə dəniz daşımaları və neft ticarəti ilə bağlı strateji yüklərə nəzarət edən qurumlardan biridir.
İddialara görə, o, bəzi hallarda birbaşa Ramiz Mehdiyevdən göstəriş alaraq biznesmenlərə qarşı cinayət işləri başlayıb və təzyiq mexanizmlərində xüsusi rol oynayıb. 2022-ci ilin əvvəlində o dövrdə DGK-nın sədri olmuş Səfər Mehdiyevin əmri ilə Telman Mehdiyev Qərb Baş Gömrük İdarəsinin rəisi təyin edilib. Lakin bu vəzifədə o, uzun müddət qalmayıb. Səfər Mehdiyevin vəzifədən uzaqlaşdırılmasından sonra Telman Mehdiyev də 2023-cü ilin yanvarında “pensiya yaşı” ilə əlaqədar istefaya göndərilıb. Ekspertlər bunu “himayəçisiz qalan” generalın sistemdən “səssiz şəkildə uzaqlaşdırılması” kimi dəyərləndiriblər.
Son günlər isə Telman Mehdiyevin adı yenidən gündəmə gəlib. “Ramiz Mehdiyev işi” çərçivəsində mümkün həbs olunacağı iddia edilən şəxslərin siyahısında onun da adının hallandırıldığı deyilir. Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev isə Suxumi şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq elmləri namizədidir. 5 may 2014-cü ildə o, fövqəladə hallar nazirinin müavini təyin olunub və general-mayor rütbəsi verilib. Daha əvvəl o, Dövlət Miqrasiya Xidməti rəisinin 1-ci müavini vəzifəsini tuturdu. Teymur Mehdiyev ondan öncə mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb. Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə istintaqa cəlb olunmasından sonra onun yaxınlarının da istintaqa cəlb ediləcəyi gözləntiləri var.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, “Ramiz Mehdiyev işi”nə onun yaxınları ilə yanaşı bir çox vəzifəlilərin cəlbi üçün əsas ola bilər:
“Ramiz Mehdiyev vəzifədə olduğu illər ərzində ən müxtəlif vəzifələrə özünün yaxınlarını və yaxın çevrəsini yerləşdirib. Vaxtilə ölkənin ən güclü fiqurlarından olan Ramiz Mehdiyev faktiki olaraq dövlət idarəçiliyində “ailə şəbəkəsi” yaratmışdı. Ramiz Mehdiyevin oğlu fövqəladə hallar nazirinin müavini idi. Hesab edirəm ki, Teymur Mehdiyevin vəzifədən azad edilməsi təkcə bir işdən azadetmə deyil, genişmiqyaslı cinayət işi çərçivəsində atılan həlledici addımdır. Onun əmisi oğlu kimi təqdim olunan general Telman Mehdiyev Azərbaycanın strateji yük daşımalarının başında idi. O, birbaşa dövlətin ən həssas sahəsinə, enerji resursları və dəniz nəqliyyatı üzrə strateji yüklərə nəzarət edən Baş Gömrük İdarəsinə rəhbərlik edirdi. Son günlər “Ramiz Mehdiyev işi” üzrə mümkün həbslərin siyahıları yayılır. Adlar çoxdur, amma ən diqqətçəkəni məhz general Telman Mehdiyevin adıdır. Çoxsaylı korrupsiya epizodları, biznes strukturlarına təsir imkanları, hakimiyyətdaxili əlaqələri səbəbindən onun istintaqa cəlb olunması artıq “gözlənilən” kimi qiymətləndirilir. Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev uzun illər ən müxtəlif rəhbər postlarda olub. İstintaq onun həmin dövrlərdə gördüyü işləri araşdırmalı, xüsusən dövlət satınalmaları, miqrasiya rüsumları, kütləvi icazələr, tenderlər, xidmət müqavilələri yoxlanılmalıdır. Bu sahələrin hər biri illərdir qanunsuzluqlar barədə iddialarla müşayiət olunur”.
Natiq Ələsgərov deyib ki, hazırkı proses uzun illər toxunulmaz görünən qrupların ifşası kimi dəyərləndirilir: “Əgər istintaq genişlənərsə, strateji yüklərə nəzarət edən idarələr üzərində qeyri-rəsmi təsir, iş adamlarına qarşı sifarişli cinayət işləri, enerji sektorunda rüşvət və şəxsi maraqlar, Dövlət Miqrasiya Xidmətində “ticarətə çevrilmiş” icazələr kütləvi miqrasiya rüsumlarının mənimsənilməsi, qanunsuz sənəd dövriyyəsi, xarici işçilərlə bağlı gizli ödənişlər və s üzə çıxa bilər”.
Şirkət rəhbəri qeyd edib ki, Teymur Mehdiyevin mədəniyyət sahəsində “ölü ruhlar” dövrü də araşdırılmalıdır: “Zamanında kültür obyektlərində maliyyə pozuntuları, şirkətlərin qohum əlaqələri əsasında seçilməsi, büdcə layihələrinin şişirdilməsi kimi hallarla bağlı mətbuatda ictimailəşən məlumatlar olub. Bu gün Dövlət Təhlükəsizliyi Xidmətində aparılan istintaqlar göstərir ki, artıq “toxunulmazlıq erası” bitib. Prosesin siyasi deyil, məhz hüquqi çərçivədə aparılması isə Mehdiyevin “boz kardinal” kimi formalaşdırdığı mirası tam çökdürə bilər. “Ramiz Mehdiyev işi” ölkənin son illərdə gördüyü ən böyük antikorrupsiya əməliyyatına çevriləcək və adıçəkilən şəxslər də istintaqa cəlb oluna bilərlər”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025