Karusel (Bu gün, 17:12)
Əməkdar artist Mədəniyyət Nazirliyindəki şəbəkəni İFŞA ETDİ
"Bir vaxtlar teatrımızda Bəxtiyar Vahabzadənin məşhur pyesi səslənirdi: “Hara gedir bu dünya?” O tamaşadan sonra cavab tapılmırdı, amma bu gün mədəniyyət ocaqlarına baxanda sual öz-özünə yaranır: Fərəh Əliyeva, sənin “kadrların”la hara gedir bu dünya?.." Bunu özünün sosial şəbəkə hesabında paylaşaraq sual edən əməkdar artist Mehriban Xanlarova Mədəniyyət Nazirliyi ilə bağlı ilginc iddiaların yer aldığı açıqlamalarını davam etdirir.
M.Xanlarova yazır: "Bu gün mədəniyyət sahəsində qərarları istedad, bilik yox, rəfiqəlik, qohumluq və yaxınlıq müəyyənləşdirir:
1) Lalə Hüseynova — Milli Konservatoriyanın prorektoru. Fərəh Əliyevanın bacısı.
Rəsmən rektor Kamilə Dadaşzadə var, amma hamı bilir ki, faktiki rəhbər Lalə xanımdır.
2) Ceyran Mahmudova — ən yaxın rəfiqə, tələbə yoldaşı, yerlisi (Şəki). Mədəniyyət və İncəsənət Universitetində yüksək post.
3) Mənzər Nurəliyeva — Nazirlikdə “toxunulmaz zonanın” sahibi. Fərəh Əliyeva tərəfindən o qədər müdafiə olunur ki, nazir belə güc tapa bilmir.
4) Böyükxanım (Bella) Talıbova — Mədəni-maarif fakültəsini bitirib, amma birdən-birə teatr sektorunun rəhbəri, rejissor, teatrşünas statusu vəzifə paketinə çevrildi.
5) Mehriban Ələkbərzadə — Akademik Milli Dram Teatrının bədii rəhbəri, baş rejissoru. Fərəh Əliyevanın yaxın rəfiqəsi, “seçilmişi”.
6) Cahangir Səlimxanov — əvvəl SOROS proqramının rəhbəri, indi “nazir müşaviri”. Hamı bilir ki, təyinat Fərəh Əliyevanın tələbə yoldaşı.
7) Cəsarət Valehov — Fərəh Əliyevanın təkidi ilə Mədəniyyət Nazirinin müşaviri vəzifəsinə gətirilərək musiqi müəllimlərinə qarşı görünməmiş təzyiq və haqsızlıqların əsas fiquruna çevrildi.
8) Nailə Məmmədzadə – Fərəh Əliyeva ali təhsili olmayan, oriental rəqsi ilə tanınan bir şəxsi Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, sonra isə rektor vəzifəsinə qoyub.
Fərəh Əliyevanın yüksək vəzifələrə dost‑tanışlarını gətirməsi Azərbaycan mədəniyyətinin inkişafına mənfi təsir göstərir. Onun bu cür qərarları işıqlandırılmalıdır ki, cənab Prezident məlumatlı olsun və vəziyyətə müdaxilə edə bilsin..."
Mediatv.az olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025


























