Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Redaktor seçimi (Bu gün, 08:45)
Uşaq bağçasında biabırçı vəziyyət: Köhnə bina çökür, içəridə antisanitariya tüğyan edir

Mediatv.az-a daxil olmuş məlumata görə, Nizami rayon Rüstəm Rüstəmov küçəsində yerləşən 118 saylı uşaq bağçasının durumu sözün əsl mənasında biabırçılıqdır. Kağız üzərində “təhsil ocağı” kimi görünən bu müəssisə əslində illərdir baxımsız qoyulmuş, təhlükə saçan bir tikilidən başqa bir şey deyil. Antisanitariya, çökən divarlar, üfunət qoxusu — hamısı uşaqların gündəlik “mühiti”nə çevrilib. Bu isə valideynlərin səbrini tükəndirib.İllərdir əl dəyməyən divarlar qopub tökülür, döşəmələr sanki bircə uşağın ayağının altında çökəcək vəziyyətdədir.

Uşaqların paltar şkafları bərbad vəziyyətdədir.Bağçanın divarlarıda qopmalar, otaqlarda kif qoxusu,qış aylarında istilik sisteminin artıq bu bağçanın “adi mənzərəsi”nə çevrilib.Bağçanın mətbəxi sanitariya qaydalarına tam zidd vəziyyətdədir. Havalandırma işləmədiyi üçün otaq üfunətlə dolur. Bu vəziyyətdə hazırlanan yeməklərin uşaqlar üçün hansı təhlükəni yaratdığı aydındır.Bağçada uzun müddətdir dezinfeksiya işlərinin aparılmadığı bildirilir.Tibb otağı isə ayrı bir faciədir — vaxtı keçmiş dərmanlar, standartlara cavab verməyən şərait və köhnə tibbi ləvazimatlar.Bu bağça nəinki təmirə, ümumiyyətlə istifadədən çıxarılmağa ehtiyac duyur. Uşaqların təhlükəsizliyi bu cür bərbad vəziyyətdəki müəssisənin divarlarına buraxıla bilməz. Mütəxəssislərin sözlərinə görə, bu binada fəaliyyətin davam etməsi həm sanitariya qanunvericiliyinin, həm də elementar sağlamlıq normalarının kobud şəkildə pozulması deməkdir.

Qarşı tərəfin cavab haqqını tanıyırıq.
 Mediatv.az


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025