Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (Bu gün, 20:01)
Oliqarx oğlunun işi yenidən məhkəmədə - Mikayıl İsmayılov oğlu atalıq testindən keçəcəkmi?

 Bir qadın, bir ana və Azərbaycan vətəndaşı kimi Fidan Abbasova ölkə rəhbərliyinə müraciət edərək, qarşılaşdığı haqsızlıqlar və övladının hüququnun tapdalanması ilə bağlı son ümidini dövlətə bağlayır.
Musavat.com xəbər verir ki, Fidan Abbasova məktubunda yazır ki, Orxan Mikayıl oğlu İsmayılzadə ilə faktiki nikahı 2012-ci ilin may ayında baş tutub və 2015-ci il mayın 5-də Nil adlı qızları dünyaya gəlib. Lakin Orxan İsmayılzadə rəsmi nikaha girməyib, əsas gətirdiyi səbəb isə atası Mikayıl İsmayılovun razılığı olmamasını göstərib. Onun atası, yüksək vəzifəli məmur Mikayıl İsmayılov (SOCAR-ın vitse-prezidenti – E.M), istədiyi şəxslərə təzyiq göstərmək imkanına sahib idi və Fidan Abbasova iddia edir ki, bu güc onların şəxsi həyatına müdaxilə etməyə imkan verib.
Sabunçu rayon Məhkəməsinə övladının atalıq hüququnun müəyyən edilməsi üçün müraciət edən Fidan Abbasova deyir ki, Orxan və Mikayıl İsmayılov ona vədlər verərək iddiadan imtina etməsini istəyiblər. Ona söz verilib ki, iş məhkəmədən kənar şəkildə həll ediləcək və övladın atası etiraf ediləcək. Vədlərə inanaraq Fidan Abbasova iddiadan geri çəkilib. Lakin sonradan məlum olub ki, Sabunçu rayon Məhkəməsinə onun adı ilə saxta ərizə təqdim edilib və iş üzrə icraata xitam verilib. Fidan Abbasova iddia edir ki, bu qərar Mülki Prosesual Məcəllənin tələblərinə zidd olub, çünki azyaşlı övladın hüququnun qorunması mübahisənin mahiyyəti idi. Nəticədə onun hüquqi bilgisizliyindən və təzyiqlərdən istifadə edilərək övladının hüququ pozulub.
Hüquqlarının pozulduğunu görən Fidan Abbasova 2023-cü ildə Sabunçu rayon Məhkəməsinə yenidən müraciət edib. Bu dəfə 2(008)-1308/2023 saylı qətnamə ilə iddia qismən təmin olunub, övlad Nil Abbasovanın sənədlərində atası Orxan İsmayılzadənin adı qeyd edilib.
Fidan Abbasova qeyd edir ki, uzun mübarizədən sonra verilən son qərara əsasən, Nil Abbasova yetkinlik yaşına çatana qədər Orxan İsmayılzadə hər ay 500 manat aliment tutulması qət olunub. Lakin cavabdeh apellyasiya və kassasiya şikayətləri verərək məhkəmə qərarlarının icrasını ləngidib. Fidan Abbasova deyir ki, bu yollardan istifadə edərək, Orxan İsmayılzadə süni maneələr yaradıb və övladının hüququnun bərpasını gecikdirib. Fidan Abbasova həmçinin qeyd edir ki, məhkəmələr bu günə qədər 7 bioloji ekspertiza təyin etsə də, cavabdeh Orxan İsmayılov iştirak etməyib və ekspertiza nəticələri ona rəsmi qaydada təqdim edilməyib. Ona qarşı davam edən hüquqi maneələr, vəkil vasitəsilə təzyiqlər və prosedur boşluqları yalnız övladının atasının müəyyən edilməsini gecikdirmək məqsədini daşıyır.
Fidan Abbasova vurğulayır ki, ölkəmizdə uşaq hüquqları hər şeydən üstündür və dövlət tərəfindən qorunur. O, tək ana olaraq övladını böyüdür və Nilin gələcəyində atasının hüquqi qeyd edilməməsini heç bir şəraitdə qəbul etməyəcəyini bildirir:
“Heç kim qanundan üstün deyil. Faktiki olaraq onun atası Orxan İsmayılzadə var və bu gerçəyi heç kim təkzib edə bilməz”.
Fidan Abbasova ölkə rəhbərliyinə müraciət edərək, övladının hüququnun tam bərpası və ədalətli məhkəmə araşdırmasının təmin edilməsində yardım istəyir.
шаблоны для dle 11.2

Xəbər lenti
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
3 12 2025
3 12 2025
3 12 2025