Sosial (Bu gün, 18:26)
Alim bunun üçün 30 manat, müğənni 25 min manat istəyir – Aqil Abbasdan reaksiya
İqtisad elmləri doktoru, professor Zahid Məmmədovun TV1 kanalındakı çıxışı geniş müzakirələrə səbəb olub. O bildirib ki, hazırda professorların 1 saatlıq mühazirə haqqı 20–30 manat təşkil etdiyi halda, heç bir fəxri adı və elmi statusu olmayan, yalnız “TikTok” platforması vasitəsilə məşhurlaşan müğənnilər toylara 1 saatlıq çıxış üçün 20–25 min manata dəvət olunurlar.Professorun bu fikirləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Onu haqlı hesab edənlər də var, fikirləri ilə razılaşmayanlar da.
Globalinfo.az-a danışan Milli Məclisin deputatı Aqil Abbas deyib ki, bu gün müğənnilər və xanəndələr toylara çox yüksək qiymətlə gedirlər:
“Kimin büdcəsi hansı müğənninin təklif etdiyi məbləğə uyğundursa, onu dəvət edir. İstəyən çağırır, istəməyən çağırmır. Müğənnilərin öz çıxışları üçün müəyyən etdikləri tariflər olur. Professorlar isə iş saatlarına uyğun maaş alırlar və alimlərin əməkhaqqı başqa qaydada hesablanır. Professorların toylara gedib mahnı oxuması mümkün deyil. Buna görə də bu cür müqayisələr düzgün deyil.
Xarici ölkələrdə də eyni vəziyyətdir. Məsələn, Tarkanın, yaxud Maykl Ceksonun konsert qiymətləri professor maaşı ilə ölçülə bilməz. Professorların maaşı dövlətin büdcəsi hesabına formalaşır. Doğrudur, alimlərin əməkhaqqısı azdır və biz də onun artırılmasını istəyirik. Elmə fayda verən professorların maaşları kifayət etmir, nəticədə ürəklə işləyə və elmi araşdırmalar apara bilmirlər”.
A.Abbas qeyd edib ki, bu məsələdə professorların da rolu var:
“Professor 20–30 manata mühazirə deməsin. Qoy desin ki, mən 1 saatlıq mühazirəyə görə 100 manat istəyirəm. Razılaşsalar oxusun, razılaşmasalar imtina etsin. Professor öz dəyərini bilməli, buna uyğun davranmalıdır. Əgər az maaşa razı olmasa və belə davam etsə, universitetlər bağlanacaq, çünki tədris dayanacaq. Bu zaman məcbur qalıb alimlərin istəkləri ilə hesablaşacaqlar.
Məmməd Səid Ordubadinin XII əsri əhatə edən “Qılınc və Qələm” romanında maraqlı bir məqam var: Nizami Gəncəvi əyləşib, qarşısında rəqqasələr oynayır. Kimsə deyir ki, rəqqasələrə verilən pulun bir faizini belə sənə vermirlər. Görün, söhbət XII əsrdən gedir, yəni bu hal indi deyil, tarixən də mövcud olub”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
























