Cəmiyyət / Slayd / Redaktor seçimi (26-11-2025, 09:20)
KTN-də Politoloq nazir müavini postunda:Cəmiyyət hələ də ixtisaslı kadr gözləyir
Ölkənin idarəetmə sistemində ən ciddi problemlərdən biri qeyri-peşəkar məmurların dövlət qurumlarında məsul vəzifələrə gətirilməsidir. Bu cür təyinatlar həm vətəndaşların gündəlik həyatına mənfi təsir göstərir, həm də dövlətin institusional etibarını zədələyir.
Mediatv.az-ın apardığı araşdırmalar göstərir ki, bəzi qurumlarda vəzifə səlahiyyətlərinin icrası bilik yox, şəxsi əlaqələr əsasında formalaşır.Şəxsi əlaqələr əsasında mühüm post tutanlar Kənd Təsərrüfatı nazirliyində kifayət qədərdir.
Sarvan Cəfərov 1985-ci il 28 oktyabrda anadan olub.2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr təhsili alıb.2008-2010-ci illər Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə Bakı Dövlət Universitetində magistr təhsili alıb.2009-2012-ci illər (magistratura təhsilini tamamlamamış) Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi işləyib. 2012-2018-ci illər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində işləyib.2015-2017-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramı çərçivəsində Avstriyada yerləşən Beynəlxalq AntiKorrupsiya Akademiyasında magistr təhsili alıb.Burdan bir sual çıxır:2012-2018-ci illər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində çalışdığı halda 2015-2017-ci illərdə Avstriyada yerləşən Beynəlxalq AntiKorrupsiya Akademiyasında magistr təhsilini necə alıb?
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.Eyni zamanda 2020-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan(özü nazir müavini olduğu nazirliyin) Aqrar Tədqiqatlar Mərkəzinin doktorantı olub və alim olmaq "eşqinə düşüb".Görəsən Sarvan Cəfərov elmi işini tamalaya bildimi? Çox maraqlı sual bir haldır.
Araşdırmamız davam edir..
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
























