Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (2-05-2018, 19:50)
ADAU-da“Heydər Əliyev və Azərbaycanın kənd təsərrüfatı” adlı bilik yarışması keçirilib

ADAU-da“Heydər Əliyev və Azərbaycanın kənd təsərrüfatı”  adlı bilik yarışması keçirilib

 

Azərbaycan Dövlət Aqrar Universitetində ümummili lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Heydər Əliyev və Azərbaycanın kənd təsərrüfatı” mövzusunda tələbələr arasında bilik yarışı keçirilib. YAP Gəncə Şəhər ADAU ilk partiya təşkilatının təşkilatçılığı ilə baş tutan təbdirin iştirakçiları universitetin Aqrar iqtisadiyyat fakültəsində ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə tər çiçəklər düzüblər. Tələbələrin müxtəlif mövzularda əl işlərindən ibarət rəsm sərgisi maraqla qarşılanıb.

Dövlət himninin səslənməsi və dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən sənədli filmin təqdimatından sonra tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıq elan edib. Rektor çıxışında zəmanəmizin və bütün dövrlərin dahisi Heydər Əliyevin dövlətçilik siyasətindən, Azərbaycana həm sovetlər dönəmində, həm müstəqillik illərində rəhbərliyi dövründə aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. Ulu öndərin kənd təsərrüfatının inkişafı naminə gördüyü işlərin gənclərə aşılanmasını, bu məqsədlə bilik yarışmasının keçirilməsini təqdirəlayiq hesab edib. Ümummilli lider Heydər Əliyevə həsr olunan bilik yarışında iştirak etməyin hər bir azərbaycanlı gənc üçün böyük fəxr olduğunu söyləyib.

YAP Gəncə Şəhər Təşkilatının ideologiya şöbəsinin müdiri Hüseyn Budaqov ümummili lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ərəfəsində bilik yarışının təşkilini tələbələrin intelektual potensialının yüksəldilməsində əvəzsiz rolunu vurğulayıb. Bunun aqrar sahədə ulu öndərin rəhbərliyi altında həyata keçirilən islahatların kənd təsərrüfatı üzrə ixtisaslı kadr kimi yetişən gənclərə çatdırılmasında önəminə toxunub.

Çıxışlardan sonra bilik yarışına start verilib. Universitetin bütün fakültələridən (Aqronomluq, Baytarlıq təbabəti və zoomühəndislik, Aqrobiznes və idarəetmə, Aqrar iqtisadiyyat, Aqrotexnologiya, Mehəndislik) 42 tələbənin iştirak etdiyi yarışma 2 turdan ibarət olub. Hər biri 7 nəfərdən ibarət 6 komanda ən güclünü müəyyən etmək üçün təqdim olunan suallara dəqiq və tez cavab verməli olub. Hər turda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə, aqrar sahədə apardığı isahatlar, Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı gördüyü işlərə dair 10 sual səsləndirilib.

Münsiflər heyətinin qərarına əsasən qalib komandaya və mükafatçılara kubok, diplom və qiymətli xatirə hədiyyələri təqdim olunub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024