Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 09:29)
Ayda 16 manatı ödəyəcək şəxslər necə müəyyən olunacaq? - AKTUAL

Son günlər aktual olan mövzulardan biri də icbari tibbi sığorta ilə bağlı yeni ildən tətbiq ediləcək dəyişikliklərlə bağlıdır.
Bu günlərdə maliyyə naziri Sahil Babayev kimlərin icbari tibbi sığorta ödəməyəcəyini açıqlayıb:
“Bəzən deyirlər ki, işsizlər sığortalanmayacaq. Bu düzgün deyil, əksinə, ilk dəfə olaraq qanunda yazılıb ki, işsizlər üçün icbari tibbi sığortası dövlət tərəfindən ödənilir. Eyni zamanda, uşaqlar, pensiyaçılar, əmək qabiliyyəti olmayan şəxslər də dövlət tərfindən sığortalanır. Yəni yeni qaydalarla dövlət tərəfindən icbari tibbi sığortası ödənilənlərin sayı ötən illərlə müqayisədə 9 dəfə artır”.
Nazir qeyd edib ki, yalnız qeyri-formal işçilər üçün dövlət tərəfindən sığorta haqqı ödənilməyəcək:
“Onların özü bu haqqı ödəməlidir. Söhbət qeyri-qanuni işləyən şəxslərdən gedir ki, bunu da icra orqanı təyin edəcək. Onların gəlirləri sorğulanacaq. Dövlət tərəfindən onlara birdəfəlik icbari tibbi sığorta haqqı ödəyərək tibbi xidmətlərdən yararlanmaq imkanı yaradılıb. Bu haqda yanlış fikir formalaşdırıldı, dezinformasiya yayıldı”.
Maraqlıdır, qeyri-formal işçilər dedikdə kimlər nəzərdə tutulur və onlar necə müəyyənləşəcək?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, qeyri-formal işçilər dedikdə hansısa bir əmək müqaviləsi olmadan hardasa çalışan, məsələn, ofisiat kimi çalışan işçiləri nəzərdə tuturlar:
“Bu da nazirin sözlərinə görə, cəmi 5 faiz təşkil edir. Ölkənin cəmi 5 faizinə 16 manat ödəmək dövlət üçün bu qədər ağır məsələdir? Bunu necə, hansı kriteriyalarla müəyyənləşdirəcəklər? Bütün bunlar kifayət qədər suallar yaradır. Əgər 16 manat ödənişdirsə, ölkə əhalisinin 5 faizi, yəni 500 min nəfərin 16 manatı ödəmək dövlətə bu qədərmi çətindir?
Əslində hökumət bu işlərlə məşğul olsa, daha yaxşı olar. Kənd əhalisinə gəldikdə isə onların məşğulluq qeydiyyatı yoxdur. Onların hansı hissəsi məşğul sayılacaq və yaxud məşğul sayılmaq üçün nə etməlidirlər? Məsələn, torpaq sahəsi varsa, o məşğulmu sayılacaq, ödəniş etməlidirmi? Bu suallar açıqdır və nazir sadəcə rəqəmləri ardıcıl düzməklə daha yaxşı mənzərə göstərməyə çalışır”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025