Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (14-01-2022, 09:26)
“MTN işi” üzrə zərərçəkənlər “od püskürdü”

 




3 aydır ki, Bakı Hərbi Məhkəməsində 2015-ci ilin oktyabrında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyev, onun müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun və İstintaq Baş İdarəsinin 2-ci istintaq şöbəsinin rəisi, polkovnik-leytenant Vüsal Ələkbərovun cinayət işi üzrə proses davam edir. Ötən müddət ərzində proses həftədə 1 dəfə olmaqla keçirilib. Bu günə qədər 32 zərərçəkəndən 4-ü dindirilib. Məhkəmə prosesi açıq elan edilsə də, faktiki olaraq qapalı keçirilir. Mətbuat nümayəndələri Bakı Hərbi Məhkəməsinin inzibati binasına buraxılmır.

Mediatv.az-ın məlumatına görə, iş üzrə zərərçəkən Zaur Əliyev “Yeni Müsavat”a deyib ki, Mövlam Şıxəliyev sonuncu prosesdə hakimdən məhkəməni tezləşdirməsini tələb edib: “Hakimə deyir ki, prosesi tezbazar yekunlaşdır. Təsəvvür edin ki, məhkəmə prosesi yekunlaşıb, hakim zaldan çıxmaq istəyəndə Mövlam Şıxəliyev dəmir barmaqlıqlar arasından əlini çıxarıb hakimin qolundan tutub saxladı. Mövlam Şıxəliyev özünü elə aparırdı ki, sanki məhkəməni o idarə edir. Hakimə çəkinmədən, sifariş verirmiş kimi, amiranə şəkildə ”məhkəməni tezləşdir, tez yekunlaşdır" dedi".

Zərərçəkənlərdən Hüseyn Səfərov isə deyir ki, bu günə qədər keçirilən hazırlıq iclasında və məhkəmə proseslərində onların və müdafiəçilərinin heç bir vəsatəti təmin edilməyib: “Bizlər məhkəmənin keçirilməsi qaydalarına etiraz edirik. Heç bir prosessual qayda nəzərə alınmır. Sanki formal olaraq məhkəmə qurulub”.

Zərərçəkən Əhməd Mirzəyev isə deyir ki, sərbəst ifadəsində bir çox faktlara toxunub. Lakin məhkəmə həmin faktlar üzrə hər hansı bir hüquqi addım atmayıb: “5 ilə yaxın ibtidai istintaq gedib. O dövrdə çox ciddi rüşvət alma faktları, ümumiyyətlə, qeydə alınmayıb. Bu gün özünü xəstəliyə vuran Təhsin Ağayev yarım milyon dollardan əlavə məndən 10 min manat rüşvət alıb. Mövlam Şıxəliyev məni qanunsuz saxlayıb əmlakı girov qoydurmaqla alınan külli miqdarda rüşvətdən əlavə ”Stefano Ricci" mağazasından 25 min dollara kostyum, 2 qızıl “Vertu” telefon, 50 min manatlıq “italyanski” kafel-metlax da aldırıb. Mən məhkəmədə bunları dedim. Prosessual qaydalara görə bu faktlarla bağlı hakim yerindəcə araşdırma aparmalı idi. Bunların heç biri olmadı".

Zərərçəkən bildirib ki, hakim qanundan çox uzaq bir qayda müəyyən edib: “Hakim tərəfindən müəyyən olunub ki, təqsirləndirilən şəxslərə suallar bütün zərərçəkənlər dindiriləndən sonra verilə, epizodlar üzrə araşdırma aparıla bilər. Bu nə deməkdir? 10-12 ay məhkəmə gedəcək, 32 zərərçəkən, 4 zərərçəkənin hüquqi varisi dindiriləcək, yüzlərlə epizod məhkəmədə deyiləcək və sonunda müttəhimlər bütün bu epizodları üzrə bir necə saat ərzində dindirilməli, sualları cavab verməlidirlər. Bu fiziki olaraq mümkün deyil və məhkəmənin formal aparılmasının göstəricisidir. Bu qədər epizodu yadda saxlamaq qəti mümkün deyil. Üstəlik, məhkəmə proseslərinin audio-video yazılışları da aparılmır və bu da gələcəkdə iş üzrə hərtərəfli, obyektiv, düzgün və qanuni qərar qəbul edilməsinə çox ciddi çətinlik yaradacaq”.

Son prosesdə sərbəst ifadə verən zərərçəkən Sərdar İsmayılov deyir ki, məhkəmədə mətbuat nümayəndələrinin iştirakı vacibdir: “Jurnalistlər məhkəmə binasına buraxılmırlar. Biz də tələb edirik ki, mətbuat nümayəndələri məhkəmə zalına buraxılsınlar. Qoy məhkəmə prosesində nə baş verirsə, bunu hər kəs bilsin. Şəxsən mənim qanunsuz həbsimdən sonra həyatım alt-üst oldu, ailəm dağıldı. Hələ də borc ödəyir, həyatımı qurmağa çalışıram. Atasız, heç kimim olmadan, anam, bacım və qardaşımı 12 yaşından işləmklə dolandırmışam. Bir günün içində qanunsuz olaraq həbs etdilər, min-bir əziyyətlə qazandığımı əlimdən aldılar, böyük borca-xərcə saldılar. Günahım olsaydı, mən bu qədər sarsılmazdım. 2015-ci ildə bizə qarşı cinayət edənləri işdən çıxardılar. Düşündük ki, bu adamları da həbs edərlər. Amma olmadı. Nəhayətdə istintaqa cəlb etdilər, bu gün də məhkəmə elə aparılır ki, elə bil cinayəti biz etmişik, Mövlam Şıxəliyev, Yasin Məmmədov günahsızdırlar. Bu günə qədər məhkəmədən ədalət görmədik. Nəzərə alsınlar ki, bizim itirəcəyimiz bir şey qalmayıb. Bizə qarşı baş verənlərin onda biri hakimlərə olsaydı, bizlərin nələr yaşadığımızı anlayar, məhkəməni qanunlara uyğun şəkildə aparardılar”.

Zərərçəkən Əfsəl Həsənəliyev deyir ki, 35 il hüquq mühafizə orqanlarında rəhbər vəzifələrdə işləyib, sonuncu iş yeri Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi olub: “Məni MTN-ə çağırıb həbs edəndə düşünürdüm ki, bu bir səhvdir. Amma sonra baş verənlərdən mənə aydın oldu ki, MTN-də böyük bir mütəşəkkil cinayətkar quldur dəstə yuva salıb. Başda Mövlam Şıxəliyev olmaqla, başına yığdığı mütəşəkkil cinayətkar quldur dəstə məndən onun adından 100 min manat pul istəyirdilər. Mən də dedim ki, məndə o qədər pul yoxdur. Sonda azad edilməyim üçün 100 min manatdan 50 min dollara endilər. O zaman Yasin Məmmədov öz xidməti otağında mənə bir sirr açdı. Dedi ki, sizin barənizdəki təqdimata Zakir Qaralovla Rüstəm Usubov qol çəkib imza atıblar. Ona görə də pul verməsən, səni buradan heç kim buraxmayacaq. Onlara hesabları çatmasa, burada çürüyəcəksən. Yasin Məmmədov mənə deyirdi ki, pulu özün verə bilmirsənsə, bir pullu iş adamının adını çək, nişan ver, onu tutub 2 saata pulunu alaq, səndən əl çəkək. Bunların xisləti, mahiyyətləri budur. Təki pul alsınlar deyə hər cür naxələfliyə hazır idilər. Mən məcbur qalıb evimi ”Unibank"a girov qoydum, pul aldım və 5 aprel 2014-cü il tarixdə Yasin Məmmədovun xidməti kabinetində ona verdim. Bundan sonra məni azad etdilər. Bu günə qədər keçirilən proseslər bizi qane etmir. Tələb edirik ki, məhkəmə Azərbaycan qanunları çərçivəsində aparılsın, açıq məhkəmə prosesinə jurnalistlər buraxılsın, məhkəmə prosesi audio-video çəkilişlə aparılsın. Mövlam Şıxəliyev özünü məhkəmənin sahibi kimi aparır. Gah hakim ona müəllim deyir, gah da hakimi tutub ondan məhkəməni tez yekunlaşdırmasını tələb edir. Biz ədalətli məhkəmə keçirilməsini istəyirik. Bizlərə qarşı baş verən cinayət bütün Azərbaycan sahibkarlarına qarşı yönəlmişdi və bu məqsədyönlü xarakter almışdı. Bu məsələlər üzdən araşdırılmaqla hökmə möhür basmağa, “məhkəmə bitdi” deməyə xidmət edir. Bizlər buna imkan verməyəcəyik".

Zərərçəkənlər ölkə rəhbərliyinə, ombudsman Səbinə Əliyevaya da müraciət ünvanladıqlarını açıqlayıblar. Deyiblər ki, ombudsmanı məhkəmə prosesini izləməyə dəvət ediblər. Ölkə rəhbərliyindən məhkəmənin ədalətli keçirilməsinə, Azərbaycan qanunlarına uyğun aparılmasına göstəriş verilməsini xahiş ediblər.
шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024