Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (Dünən, 19:55)
"Təhsil batsada batsın, təki rektor yubileyinə çatsın!"

 

Etibarlı mənbədən Mediatv.az-ın redaksiyasına daxil olan məlumata görə rektor Kamal Abdulla yaxın günlərdə özünə təmtəraqlı,dəbdəbəli və bahalı ad günü mərasimi keçirmək üçün hazırlıq işlərinə start verib.Hətta əvvəlcədən şəhərin pristijli məkanların birini də"bron" edib.

Təşkilatçılıq işinə rektorun inzibati idarəetmə işləri üzrə müşaviri Coşqun Dadaşov rəhbərlik edir.Universitet daxilində yayılan məlumata görə,tədbirdə iştirak edən dekanlara,prorektorlara və digər rəhbər işçilərə  ad gününə “1000 manat salmaq” tapşırığı verilib.

Bu, artıq illərdir büdcə və dövlət qurumlarında kök salmış köhnə bir praktikanın — işçilərdən qeyri-rəsmi pul yığımının daha bir nümunəsidir. Məsələ xüsusilə narahatlıq doğurur, çünki söhbət könüllü jestdən yox, açıq-aşkar tapşırıq formasında verilmiş göstərişdən gedir.Bu isə ali təhsil ocağının daxilində illərdir davam edən problemlərin fonunda ən yüngül ifadə ilə desək, etikadan kənar addım kimi qiymətləndirilir.İnsanlar öz maaşı ilə ailəsini güclə dolandırarkən, şəxsi tədbir üçün 1000 manatlıq “pay” tələb etmək həm etik qaydalara, həm də idarəçilik mədəniyyətinə ziddir. Bu cür davranış, əslində, maddi və daxili psixoloji təzyiq elementlərini özündə daşıyır.Əmək Məcəlləsi də daxil olmaqla bir neçə normativ akt açıq şəkildə bildirir ki, əməkdaşlardan məcburi pul yığılması qanunsuzdur. Lakin praktikada belə göstərişlər çox vaxt “rəhbərliyin arzusu” kimi təqdim edilir və heç kim açıq şəkildə etiraz etməyə cəsarət etmir.

 

Təhsil ocağında sosial məsuliyyət unudulduqda…


Hansı məntiqə görə işçi rəhbərin özəl əyləncəsinin sponsoruna çevrilməlidir? Bu, sadəcə etik pozuntu deyil — daxili rüşvətin,psixoloji təzyiqin və vəzifə səlahiyyətlərindən sui-istifadənin rüsvayçı bir formasıdır.Cəmiyyətin gözləntisi aydındır: universitet rəhbəri tədrisin keyfiyyətinə, şəffaflığa, tələbə şəraitinin yaxşılaşdırılmasına prioritet verməlidir. Təmtəraq, şou və özünüreklam isə ali təhsil müəssisəsində ən son sırada dayanmalıdır.
Təhsil sahəsi onsuz da çətin dövrlərini yaşayır. Belə bir vaxtda rəhbər şəxsin lüks ad günü məclisi hazırlaması sadəcə şəxsi zövq deyil – idarəetmə fəlsəfəsinin özünəməxsus "multikultural" göstəricisidir.

Qarşı tərəfin cavab haqını tanıyırıq.

   Mediatv.az


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025