Təhsil (Bu gün, 16:37)
Emin Əmrullayevin ZƏHƏR FACİƏSİ. Qatrana bürünmüş ciyərlər...
Salyanda baş verən və pelet sobasının tüstülənməsi nəticəsində məktəbdə baş verən zəhərlənmə hadisəsi bir daha göstərdi ki, bu məsələ heç də sadə texniki problem deyil — uşaqların sağlamlığı real təhlükə altındadır. Tehsilmedia.az olaraq araşdırma apardıq, məktəblərlə, ailələrlə, mütəxəssislərlə sorğu keçirdik və nəticəni sizə təqdim edirik.
Halbuki pelet sobalarının məktəblərə quraşdırılması Təhsil Nazirliyinin təşəbbüsü, bp və tərəfdaşlarının dəstəyi ilə həyata keçirilən “Pellet məhsulları ilə Azərbaycanın orta məktəblərinin isidilməsi” layihəsinin bir hissəsi idi. Layihənin icrası Azərbaycan Könüllülər İctimai Birliyinə həvalə olunmuşdu və məqsəd ekologiyaya uyğun, təhlükəsiz istilik sistemi qurmaq idi.
Amma reallıq başqadır: bir çox məktəblərdə tüstülənmə, başgicəllənmə və yüngül zəhərlənmə hallarının artması göstərir ki, bu sistemlərin ya quraşdırılmasında, ya da istifadə olunan yanacağın keyfiyyətində ciddi problemlər var.
Ekoloji sağlamlıq naminə quraşdırılan sobalar necə oldu ki, zəhərlənmə mənbəyinə çevrildi?
Aparılan araşdırmalar göstərir ki, əsas problem keyfiyyətsiz, qabıqlı pelletdən istifadə olunmasıdır.
Məlumdur ki, pellet yanacağının 4 əsas kateqoriyası var: premium, standart və daha aşağı keyfiyyətli növlər. Amma məktəblərlə apardığımız sorğular sübut edir ki, təhsil müəssisələrində ən çox ən ucuz, qabıqlı (bark) pellet istifadə olunur. Bu növ pellet yüksək qatranlıdır, yanarkən çox tüstü verir və boruları qatranla doldurur.
Elm və Təhsil Nazirliyinin ekologiyanı düşünərək tətbiq etdiyini iddia etdiyi bu sistem şagirdləri qatrana boğur.
Sinif otaqlarında yaranan şərait sanki belədir:
Sanki yüzlərlə uşaq bir otaqda oturub, eyni anda siqaret tüstüsünü udur.
Qatran insan orqanizmi üçün ən təhlükəli kimyəvi maddələrdən biridir:
ciyərləri zədələyir,
mədə-bağırsaq sisteminə təsir edir,
qaraciyəri sıradan çıxarır,
bronxit və astma riskini artırır,
uşaqların inkişaf edən orqanizminə bərpaolunmaz zərər vurur.
Bu gün məktəbdə yanan soba təkcə sinfi qızdırmır — şagirdlərin nəfəs sistemini yandırır, sağlamlığına qənim kəsilir.
Əgər bu məsələ təcili şəkildə həll olunmazsa, “alternativ enerji” adı altında məktəblərdə tüstü və zəhər fabrikləri qurulmuş olacaq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025


























