Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 12:25)
Dövlətə dəyən ziyanı ödəyən Çərkəz Şirinov cinayət məsuliyyətindən azad olunub

 Beyləqan Məhkəməsinin qərarı ilə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Aran Regional İdarəsinin sabiq müdiri Çərkəz Şirinov cinayət məsuliyyətindən azad olunub və yenidən əvvəlki vəzifəsinə qayıtmağa çalışır…


Ötən həftə Poliqon “KTN-də qalmaqallı təyinat gözlənilir – Korrupsioner məmur yenidən direktor olacaq?” adlı məqalə dərc edib. Məqalədə bildirilirdi ki, dövlətə külli miqdarda ziyan vuran, haqqında bir neçə maddə ilə cinayət işi açılan və məhkəmə hökmü məhkum edilən Çərkəz Şirinovun “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Aran Regional İdarəsinə rəis təyin olunacağı gözlənilir.

Məqalə ilə bağlı bizimlə əlaqə saxlayan Çərkəz Şirinov bildirib ki, 2024-cü ildə Beyləqan Məhkəməsi onu cinayət məsuliyyətindən azad edilib və redaksiyamıza Daxili İşlər Nazirliyində məhkumluğunun olmaması ilə bağlı arayış təqdim edib.

 Çərkəz Şirinov cinayət məsuliyyətindən azad olunması ilə bağlı məhkəmə qətnaməsini də bizə verib. Qeyd edək ki, məhkəmənin qəraında bildirilir ki, təqsirləndirilən şəxslər, o cümlədən Çərkəz Şirinov dəyən ziyanı ödəyiblər. Buna görə də məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2 və 75.1.1 maddələrinə əsaslanaraq Çərkəz Şirinov və digər şəxsləri cinayət məsuliyyətindən azd edilməsi ilə bağlı qərar qəbul edib.
Xatırladaq ki, Cinayət Məcəlləsinin 73-1.2 maddəsi rüşvət əməliyyatında iştirak edən (rüşvət verən) şəxsin pulu geri qaytarmadığı və ya ondan istifadə etməyə davam etdiyi üçün məsuliyyətini nəzərdə tutan müddəadır. Cərkəz Şirinov və digərləri dövlətə dəymiş ziyanı geri ödədikləri üçün hakim onları 32,5, 179.2.1, 179.2.2, 179.2.3 maddələri ilə cinayət təqibindən və məsuliyyətindən azad olunmaları ilə bağlı qərar verib.
Həmçinin məhkəmə 75.1.1 maddəsinə əsaslanaraq Çərkəz Şirinov haqqında Cinayət Məcəlləsinin 32.4, 313, 314.1-ci maddələri ilə cinayət təqibinə son verib və onu məsuliyyətdən azad edib.
75.1.1 maddəsi Azərbaycanda ən çox istifadə olunan “şərti cəza” mexanizminin əsas hüquqi əsasıdır və ilk dəfə cinayət törədənlərə real həbsdən yayınma imkanı verir. Yəni məhkum ilk dəfə az ağır və ya ağır cinayət törətdikdə və ona azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə məhkəmə cəzanı şərtiyə çevirib sınaq müddəti təyin edir və sınaq müddətində şərtlər pozulmasa cəza tamamilə silinir, cinayət məsuliyyəti götürülür.
Bir daha qeyd edək ki, məhkəmə dəymiş ziyanın ödənilməsi və qarşı tərəflə barışıq əldə edilməsi nəticəsində şikayətin geri çəkilməsinə görə belə bir qərar verib.
Məhkəmə materiallalrı ilə bu bu linkdən tanış ola bilərsiniz.
Poliqon.infoшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
6 12 2025
6 12 2025