Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 11:43)
“Səmyar Abdullayev Gözdən Əlillər Cəmiyyətinin bütün əmlaklarını bir yırtıcı kimi satdı, taladı…” –ŞİKAYƏT

 Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski 123 A ünvanında, gözdən əlillərə məxsus  yataqxananın qeyri yaşayış sahəsi olan birinci mərtəbəsində yaşayan Əhmədova Xanım Məmməd qızı redaksiyamıza müraciət edərək Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri  Səmyar Abdullayevin yarıtmaz fəaliyyəti ilə bağlı ilginc məlumatlar verib.

Xanım Əhmədova Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevdən şikayətçidir. O, deyir ki, 2002-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi olmuş Əli Həsənovun göstərişi ilə və polisin təzyiqi ilə Səmyar Abdullayevi məcburi şəkildə Gözdən Əlillər Cəmiyyətinin sədri kreslosunda oturtdular. Gözdən Əlillər Cəmiyyətinin ondan əvəlki sədri Arif Zeynalov çox yaxşı insan idi. Çox təəssüflər olsun ki, Əli Həsənov Arif Zeynalov kimi kimi savadlı, alicənab bir insanı Gözdən Əlillər Cəmiyyətinin sədri vəzifəsindən uzaqlaşdırdı.

Xanım Əhmədova deyir ki, Gözdən Əlillər Cəmiyyəti vaxtı ilə çox varlı bir təşkilat olub. 2002-ci ildə Səmyar Abdullayev rəhbərliyə başladıqdan sonra onu vəzifə başına keçirən Əli Həsənova arxalanaraq Gözdən Əlillər Cəmiyyətinin bütün əmlaklarını bir yırtıcı kimi satdı, taladı, dağıtdı. Hazırda Səmyar Abdullayevin oturmağa yeri yoxdu, özü icarəyə götürdüyü ofisdə əyləşir.

Sonuncu, Nərimanov rayonunda Faiq Yusifov 40 ünvanında Gözdən Əlillər Cəmiyyətinə məxsus 110 sot torpaq sahəsini dəyərindən çox-çox aşağı qiymətə “Sevinc” MMC-yə satıb. “Sevinc” MMC ilə müqavilə bağlayıb ki, 75 mənzil gözdən əlillərə veriləcək. Lakin bu günə qədər o 75 mənzilin kimlərə verildiyi və aqibəti bilinmir.

Xanım Əhmədova deyir ki, fakt, sübut mən bilirəm ki, Səmyar Abdullayev heç kimə pulsuz ev verən deyil. 2015-ci ildə Faiq Yusifov küçəsində gözdən əlillər üçün 132  mənzildən ibarət bina tikildi. Lakin Səmyar Abdullayev bir qrup şəxslə əlbir olub sağlam şəxslərə də mənzil satmaq istəyirdi. O vaxt Prezident İlham Əliyev açılışında iştirak etdiyi üçün sağlam şəxslərə mənzil satışını qorxularından  dayandırdılar. Buna baxmayaraq Səmyar Abdullayev həmin mənzilləri gözdən əlillərə də müəyyən miqdarda pul ilə satdı.

170-ə yaxın şəxsə saxta əlllillik sənədi düzəldiblər. Səmyar Abdullayevin icazəsi olmadan Gözdən Əlillər Cəmiyyətinin yataqxanasına qeydiyyata heç kim düşə bilməz. Səmyar Abdullayev onları yataqxanada qeydiyyata salıb. 170-ə yaxın şəxsin milyonlarla manat pulu dələduzluq yolu ilə mənimsənildi. Amma Səmyar Abdullayevə Əli Həsənovun köməyi ilə məhkəmədə bəraət verildi.

Xanım Əhmədova deyir ki, mən onda da Səmyar Abdullayevə müraciət etdim ki, 2009-cu ildən bu günə qədər məni yaşayış hüququndan məhrum etmisən. Səmyar Abdullayev məni itələyərə otaqdan çıxmağımı tələb etdi, “sən subaysan, sənə ev düşmür” dedi. Onun mənə qarşı aqressiv hərəkətlərini orada hamı gördü.

Hazırda isə “Sevinc” MMC ilə bağlanmış müqavilə əsasında tikilən 75 mənzildən və 600 kv metr qeyri yaşayış sahəsindən heç bir xəbər yoxdu. Mən də Fətəli Xan Xoyski 123 A ünvanında gözdən əlillərə məxsus  yataqxananın qeyri yaşayış sahəsi olan birinci mərtəbəsində yaşayıram. İndi yaşadığım ev yaşayış üçün nəzərdə tutulmayıb, 1996-cı ilə qədər bura sex olub. Gözdən əlillər kirayələrdə qaldığına görə, mənzil şəraitləri pis olduğu üçün oranı yaşayış sahəsi etdilər. Döşəməsi bərbad gündədir, yaşamaq mümkün deyil.

Xanım Əhmədova deyir ki, 2010-cu ildən ev növbəsindəyəm. Nəyə görə mən mənzillə təmin olunmuram. Amma Səmyar Abdullayev pulunu verəni mənzillə təmin edir. Bu hərəkətləri ilə Səmyar Abdullayev məni məcbur edir ki, keçmiş Ermənistan vətəndaşı kimi Ermənistan Respublikasından sığınacaq istəyim.(aktualinfo.net)






шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025