Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 13:40)
Tikiş fabrikindən QHT-lərin Şuşa qrantına açılan yollar -Daha bir rəfiqəbazlıq nümunəsi! // FOTOLAR

 
 
 QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə bağlı qaranlıq məqamları araşdırdıqca, maraqlı faktlarla qarşılaşır, onların hər birinə cavab tapmağa çalışırıq. Tam məsuliyyəti ilə qeyd edirik ki, qrant müsabiqələrində şəxsi əlaqələrin dərəcələrinə görə bir sıra QHT-lərə xüsusi diqqət və qayğı göstərilir.

Səkinə Babayeva adı sahibkarlıq sahəsində fəaliyyət göstərənlərə yaxşı tanışdır. O, “Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi, bir sözlə iş xanımıdır. Özü fabrikin baş direktoru, oğlu Elçin isə direktordur. Həmin Fabrik yarandığı vaxtdan Binəqədi rayonu ərazisində ("Baksol yolu") fəaliyyət göstərir. (Bu fabrikin fəaliyyəti bir zamanlar məktəbli formaları ilə gündəm olub.) Səkinə Babayeva biznes fəaliyyəti ilə yanaşı, 2017-ci ildə bir sıra dövlət qurumlarının təşəbbüsü ilə təsis edilən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədridir.

Diqqətimizi Səkinə Babayevanın rəhbərlik etdiyi Assosiasiyanın QHT-lərə Dövlət Dəstəyi Agentliyinin müsabiqələri tarixində ən yüksək qrant alan təşkilat kimi düşməsi çəkdi.

Belə ki, Assosiasiya 2022-ci ildə QHT Agentliyinin “Şuşa ili”nə həsr olunmuş böyük qrant müsabiqəsində “Qarabağ İncilərinin Avropa Sədası” adlı layihəsi üçün 40100 manat vəsait əldə etmişdir. Bugünə qədər QHT-lərə Dövlət Dəstəyi Agentliyi bir təşkilata müsabiqə çərçivəsində 40100 manat verməyib.

Təbii ki, səbəblərinə gələcəyik.

Araşdırmalarımız zamanı məlum oldu ki, Səkinə Babayevanın rəhbərlik etdiyi Assosiasiya QHT Agentliyindən aldığı qrant vəsaiti çərçivəsində Fransada kiçik bir geyim sərgisi təşkil etməklə işini yekunlaşdırıb. Hətta Yenixeber.org-a daxil olan məlumata görə, layihəyə əlavə olaraq 3 tanınmış şirkətdən vəsait də cəlb edib. İddia olunur ki, təşkilat sözügedən layihəyə ümumilikdə 18 min manat real vəsait xərcləyib. Yerdə qalan vəsaitin isə layihənin qalib olmasına kömək edən şəxslərlə birgə bölündüyü söylənilir.

Səslənən iddiaların nə dərəcədə əsaslı olması üçün bəzi məsələləri araşdırdıq. Araşdırmamız nəticəsində məlum oldu ki, Azərbaycanda Qadın Sahibkarlarının İnkişafı Assosiasiyasının xarici ölkələrdə tədbir keçirmək təcrübəsi olmadığı halda, QHT-lərə Dövlət Dəstəyi Agentliyi ona ilk dəfədə yüksəkməbləğdə qrant verib. Lakin, müsabiqə şərtlərində göstərilir ki, təşkilatın bu istiqamətdə müvafiq təcrübəsi olmalıdır.

Digər maraqlı məqam isə, Assosiasiyanın adından göründüyü kimi, məqsədinin ölkəmizdə qadın sahibkarlığını inkşafına dəstək verməkdir. Lakin, QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu məsələdə də loyallıq nümayiş etdirərək, Assosiasiyanın məqsədinə uyğun olmayan bir təşəbbüsə maliyyə dəstəyi göstərib(?)

Sual doğuracaq məsələlər həddindən artıq çoxdur. Daha maraqlı sual isə, Səkinə Babayevaya bu cür böyük qayğı göstərilməsinin səbəbidir.

Məlum oldu ki, Səkinə Babayeva 2013-cü ildən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva ilə tanışlıqları başlayıb və daha sonra rəfiqə olublar.

Binəqədi Rayon İcra Hakimiyyətində işlədiyi zaman qadın sahibkarlardan vəsaitlərin yığımına nəzarət edən Aygün Əliyeva Səkinə Babayevanın fabrikində olub və sıx əlaqələri yaranıb...

Bəzi faktlara diqqət yetirin. Səkinə Babayeva 1997-ci ildən YAP Nərimanov rayon təşkilatında Qadınlar Şurasının sədr müavini olub. Lakin, Aygün Əliyeva ilə tanışlıqdan bir müddət sonra, o, Binəqədi rayon YAP Qadınlar Şurasının sədr müavini vəzifəsini icra etməyə başlayır(?)

Aygün Əliyeva elə bir rayon tədbiri və səfəri olmur ki, Səkinə Babayevanı yanından ayırmasın. Səkinə Babayeva hətta bələdiyyə nümayəndəsi olmasa da, Aygün Əliyeva ilə birgə Binəqədi rayon bələdiyyələrinin nümayəndələrinin Milli Məclisə ekskursiyasında da iştirak edir.

Səkinə Babayeva ardıcıl olaraq həm Binəqədi Rayon İcra Hakimiyyəti başçısından, həm də

Binəqədi YAP sədri tərəfindən müxtəlif əlamətdar günlərdə tez-tez təltif olunur.

Səkinə Babayeva da öz növbəsində bu xəcalətin altından qalmır və Aygün Əliyevaya

öz qayğısını davam etdirir.

Nəhayət, Aygün Əliyeva QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru olduqdan 6-7 ay sonra Səkinə Babayeva Agentliyin ən yüksək qrant məbləğinə layiq görülür.

Təqdim etdiyimiz fotodan göründüyü kimi, Aygün Əliyeva Assosiasiyanın sahibkar xanımlar üçün təşkil etdiyi digər tədbirlərdə də yaxından iştirak edir, onlardan diqqət və qayğısını əsirgəmir. Maraqlıdır, Aygün Əliyeva digər sahibkarların yaratdığı QHT-lərin də tədbirlərində belə yaxından iştirak edirmi?

Hələlik bu qədər, digər maraq doğuran məsələlərin ardınca gedək.

Bir şeyi unutmamalıyıq ki, Şuşa uğrunda gedən döyüşlərdə yüzlərlə qəhrəman oğullarımız öz canından keçərək şəhid və qazi olublar. Biz onların canı və qanı bahasına qovuşduğumuz Şuşanı müqəddəs varlıq kimi qorumalıyıq.

Şuşa hər hansı layihə və ya tədbir edib pul qazanmaq , silmək üçün istinad olmamalıdır!//Yenixeber.org
 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025