Karusel (Bu gün, 16:18)
Nərimanov rayonunda binanın divarı kəsilərək zirzəmiyə giriş açılıb - Özbaşınalıq
Nərimanov rayonu, Məmməd Araz küçəsi 67/71 ünvanında yaşayan sakinlər bildirirlər ki, yaşadıqları binanın zirzəmisinə qanunsuz müdaxilə edildiyindən şikayətçidirlər. Sakinlərin iddiasına görə, adıçəkilən ünvanda zirzəmi zəbt olunub və bununla bağlı binanın blok girişlərindən birinin yan hissəsi kəsilərək zirzəmiyə əlavə giriş yeri yaradılıb.
Şikayətçilər bu müdaxilənin bina konstruksiyasına zərər vurduğunu, təhlükəsizlik baxımından ciddi risklər yaratdığını qeyd edirlər. Onların sözlərinə görə, bu dəyişiklik həm yaşayış mühitinin komfortuna mənfi təsir göstərir, həm də zirzəmidən qanunsuz şəkildə istifadə edildiyini açıq şəkildə göstərir.
Sakinlər məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət etsələr də, hələlik heç bir tədbirin görülmədiyini bildirirlər. Onlar müvafiq strukturlardan müdaxilə olunmasını, zirzəminin hansı məqsədlə və kim tərəfindən zəbt edildiyinin araşdırılmasını, həmçinin binanın təhlükəsizliyinin təmin edilməsini xahiş edirlər.
Məlumata görə Məmməd Araz küçəsi 67/71 ünvanında yerləşən binanın zirzəmisini Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi hansısa iş adamına satıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025

























