Siyasət (Dünən, 22:18)
Laçında villa tikən, şəhid bulağında kef məclisi ilə gündəmə gələn Mahir Abbaszadənin 130 milyonluq tenderləri: Aşağı kapitallı MMC-lərə “axan” pullar

32gun.az bu dəfə sabiq deputat Mahir Abbaszadənin direktoru olduğu Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 2025-ci il ərzində bağladığı tenderləri araşdırıb. Fondun satınalmaları həm məbləğinə, həm də qalib şirkətlərin strukturlarına görə ciddi suallar doğurur. Aşağıda bu il ərzində bağlanmış bütün tenderlər və onların detallarını təqdim edirik.
İlk tender – 06.03.2025
Fondun cari ildə ilk satınalması fiziki şəxs Elçin Akif oğlu İsmayılovdan yağ və sürtkü materiallarının alınması olub.Məbləğ: 8.322 AZN
1,8 milyonluq “təbliğat-izahat” paketi – MƏİŞƏT İST MMC
“Məişət İst” MMC ilə iki dəfə müqavilə bağlanıb:“Məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri” – 1.802.590,42 AZN
Eyni məzmunlu digər müqavilə – 1.747.611,98 AZN
Şirkətin nizamnamə kapitalı: 6 manat
Qanuni təmsilçi: Nicat Cəfərov İzahat oğlu
Lift servisi – AG MELCO Elevator Azerbaijan
Fondun ofisindəki lift üçün servis xidmətiMəbləğ: 1.416 AZN
Təşviqat materiallarının nəşri – A.R-2018 MMC
Məcburi köçkünlərin geri qayıdışı ilə bağlı materialların nəşriMəbləğ: 76.968 AZN
Nizamnamə kapitalı: 20 manat
Təmsilçi: Türkanə Rüstəmova Şahin qızı
İcma və reinteqrasiya layihələri – 2,7 milyonluq müqavilə
Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar Təlim və Resurs Mərkəzi ilə bağlanıbMəbləğ: 2.788.476,98 AZN
Şükürbəyli kəndində söküntü işləri – TURAN.İ.O MMC
Cəbrayıl rayonunda söküntü işləriMəbləğ: 124.422,47 AZN
Nizamnamə kapitalı: 10 manat
Təmsilçi: Orxan Sadıxov Sultan oğlu
İlin ən böyük tenderi – AMAZONE MMC
Kəlbəcərin Zar kənd yaşayış məntəqəsinin (547 ev, sosial obyektlər, kommunikasiya və abadlıq) tikintisiMəbləğ: 120.628.652,59 AZN
Nizamnamə kapitalı: 100 manat
Təmsilçi: Əbülfət Şükürov Tapdıq oğlu
Laçında hidravlik işlər – Azin Construction MMC
Laçın rayonunun Bəylik kəndində yağış sularının idarə olunması üzrə layihəMəbləğ: 29.995,6 AZN
Xocalıda layihələndirmə – Bakı Dövlət Layihə İnstitutu
Mühəndis kommunikasiyaları və 37 evin təmir-bərpasının layihəsiMəbləğ: 650.000 AZN
Benzin təchizatı – SOCAR Petroleum
Aİ-95 yanacağıMəbləğ: 17.600 AZN
Mobil rabitə – Azercell
Rabitə xidmətləriMəbləğ: 3.606 AZN
Avadanlıq və ləvazimatlar – PRINTONER MMC
Avadanlıqların təmiri və ehtiyat hissələri – 4.889,5 AZNDəftərxana və təsərrüfat malları – 4.899,25 AZN
Reinteqrasiya üçün avadanlıq – ALIZADEH GROUP MMC
İcmalar üçün avadanlıqların təminatıMəbləğ: 707.746,9 AZN
Nizamnamə kapitalı: 10 manat
Təmsilçi: Əli Əlizadə Rasim oğlu
"LEQO GROUP" MMC
Reinteqrasiya layihəsi çərçivəsində icmalar üçün avadanlıqlarMəbləğ: 1.098.500,35 AZN
Nizamnamə kapitalı: 1000 manat
Təmsilçi: Mehman Oruclov Anar oğlu
Mahir Abbaszadənin rəhbərlik etdiyi Fond 2025-ci ildə təxminən 130 milyon manatlıq tender müqaviləsi bağlayıb.
NƏZƏRƏ ÇARPAN XÜSUSİYYƏTLƏR
Milionluq tenderlərin mühüm hissəsi nizamnamə kapitalı 6, 10, 20 və 100 manat olan MMC-lərə verilib. Eyni şirkət – “Məişət İst” MMC – bir il ərzində 3,5 milyon manat dəyərində iki müqavilə alıb. İlin ən böyük tenderi – 120,6 milyon manatlıq Zar kəndinin tikintisi – cəmi 100 manat kapitalı olan MMC-yə həvalə edilib. Tenderlərin böyük qisminin mövzusu “təbliğat”, “təshviqat”, “reinteqrasiya”, “nəşr”, “icma fəaliyyəti” kimi ölçülməsi çətin xidmətlərdir.
NƏTİCƏ bunu göstərir ki...
Təhlil göstərir ki, Fondun satınalmalarının strukturu, məbləği və qalib şirkətlərin maliyyə göstəriciləri şəffaflıq baxımından suallar yaradır. Xüsusilə milyonlarla manatlıq layihələrin çox aşağı kapitala malik MMC-lərə verilməsi araşdırmaya ehtiyac olduğunu göstərir.
Xatırladaq ki, 2021-ci ildə sosial şəbəkələrdə çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputat Mahir Abbaszadənin də Laçında Humay Hümbətov adlı şəxsin xatirəsinə salınmış bulaq başında kef məclisi qurması xeyli müzakirələrə səbəb olmuşdu.
Bundan əlavə eks deputatın adına olan əmlaklarla bağlı internetdə kifayət qədər məqalələr geniş yer alıb. Həmçinin Mahir Abbaszadənin Laçında qayınatasının həyətində tikdirdiyi vilanın video görüntüləri yayılmışdı.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025



























