…Əslində, dələduzluğun bu forması çoxdan mövcuddur. Amma özünü gah Beynəlxalq dərəcəli "OVCO GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri, gah ANS-in sabiq işçisi və s. kimi təqdim edən Orxan Səlimzadə bu yola indi düşüb, amma pis əməllə düşüb. Daha doğrusu, indi özünün işi polisdədir.
Qısası, Orxan internetdə elan verir ki, bəs 750 manatlıq iş təklif edir. Elanında elə bərbəzəkli şərtlər yazır ki, gəl görəsən! Onun toruna daha çox gənc qızlar düşür. Orxanın işə qəbul texnologiyası isə belədir: zəng edənlə türk dilində danışır, özünün guya dünya aləmi ilə əlləşdiyini göstərir, sonra yağlı vədlər verir, onlayn şəraitdə fəaliyyət təklif edir və s. Daha sonra «Azure yaşayış kompleksində» tikinti sahəsi olan Babək Babayev adlı şəxslə formal qaydada icarə müqaviləsi bağlayaraq onun yanına iş üçün gələnlərə hüquqi ünvanının mötəbərliyini göstərir. Nəhayət, 750 manatlıq iş, evdən idarəçilik və s. Beləcə, o, çoxsaylı gənc qızları bu fırıldaqçılığa cəlb edir. Əmək müqaviləsiz işə qubulla məzələnən Orxan maaş vermir, bu onun MMC rəhbəri kimi vicdanına yazılsın, amma görün o daha nə edir: iş yeri tapmış gənc qızlardan borc pul alır ki, guya şirkətin bank hesabı dondurulub, kartı bloklanıb və s. yalanlar. Qızların biri 100, digəri 150, başqa biri 300, 1500 manat pulu ona borc verir. Bəzilərinə isə pul alır ki, xidməti işlə bağlı avadanlıq (telefon və s.) verəcək, amma pulu alan kimi verəcəkləri yadından çıxır. Hətta Avrasiya Universitetinin 3-cü kurs tələbəsi Asim Quliyevi aldadıb əvvəlcə Hosteldə menecer kimi işə qəbul etdirib 2500 manat, sonra isə Gürcüstandakı şirkətində işə qəbul edib 3800 manat maaş verəcəyini deyərək aldadıb və… Sonda həmin tələbədən 300 manat pulu borc adı ilə alaraq qaytarmayıb..
Bunlarla yanaşı
Orxanın toruna düşüb aldanan müxtəlif gənc oğlan və qızlar O.Səlimzadənin dələduzluğuna son qoyub, pullarını geri almaq üçün müxtəlif Polis İdarələrinə müraciətlər ediblər. Yuxarıda qeyd etdiyim kimi, tələbə Asim Quliyev Səbail Rayon Polis İdarəsinə, digər şikayətçilər Sumqayıt şəhərindən Orxanın investisiya qoymaq adı ilə aldadıb 12 min manat pulunu mənimsədiyi Aynur İsmayılova Sumqayıt və Yasamal Polis İdarələrinə 3 dəfə yazılı müraciət edib.
Lənkərandan O.Səlimzadənin 150 manat pulunu mənimsədiyi Amin Mirzəyevin yazılı ərizəsi hələ də Lənkəran polisində mürgü döyür.
Eləcə də 7 min manat pulunu mənimsədiyi Emin Məhərrəmovun Səbail və Yasamal Polis İdarələrindəki rəsmi müraciəti hələ də cavabsız qalıb.
Göründüyü kimi, hüquq-mühafizə orqanlarına bu dələduz Orxan Səlimzadə barədə dəfələrlə müraciət olunsa da, heç bir tədbir görülməyib. O.Səlimzadə də bundan sui-istifadə etməklə insanları aldadır, pullarını mənimsəməkdə davam edir. Orxanın bu qanunsuz əməlləri nəticəsində aldanmış insanların əhatəsi çox geniş idi. Bizim yazılarımızı oxuyandan sonra redaksiyamıza Orxan tərəfindən aldadılan Qazaxdan, Şəmkirdən, Gəncədən, Lənkərandan, Abşerondan, Sumqayıtdan, Bakıdan və s. bölgələrdən xanımlar və bəylər müraciət edirdi. Nəhayət, Orxan Səlimzadə barədə ötən il həbs qətimkan tədbiri seçildi və bu barədə iş əvvəl Yasamal rayon Polis Idarəsində araşdırıldı. Sonra cinayət işini Gəncə Şəhər Polis İdarəsinə göndərdilər. Burada da aparılan istintaq işinin yekunu olaraq O.Səlimzadə bir ilə yaxın Gəncə təcridxanasında saxlanıldı. Sonra əməllərinə hüquqi qiymət verildi, məhkəmə hökmü ilə cəzasını çəkdiyi barədə şikayətlər bizə bildirdilər. Fakt odur ki, etdiyi əməllərinə görə bir ilə qədər bu həyatı yaşayıb. Eyni əməli ilə Gürcüstanda da məhkumluq həyatı yaşadığı barədə dəqiq məlumat var. Bu insan, sanki insanları aldatmaq üçün yaşayır. Necə deyərlər, kimisə aldatmasa, yaşaya bilmir. Gənc xanımlara və bəylərə özünü gah Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı, gah DTX əməkdaşı, gah ölkədə bir nüfuzlu xanımın kürəkəni kimi, gah türk iş adamı və sair kimi təqdim edir.
Orxan Səlimzadə bu dəfə isə özünün yaratdığı «bazarim.com» onlayın market və «zadeumperfume» onlayın ətriyyat marketləri vasitəsilə insanları tora salır. «Bazarim.com» onlayın market elanında görün nə yazıb: “Seçim sənin, rahatlıq bizim – BAZARIM. Yalnız seçilmiş və keyfiyyətli məhsullar, xüsusi endirimlər və fürsətlər: (051) 329-18-18”.
Mənbə:https://www.tezadlar.az/index.php/en/agenda/28434-ovco-grour-un-ovculugu-poli-sd-arasdirilir




























