Siyasət / Slayd (Bu gün, 14:39)
Prezident daha bir qəbul keçirdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev bu gün qlobal infrastruktur investisiya idarəetmə şirkəti “Global Infrastructure Partners”in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesini qəbul edib.
Medıatv.az xəbər verir ki, İlham Əliyev Azərbaycanın Dövlət Neft Fondu (ARDNF) ilə “Global Infrastructure Partners” şirkəti arasında formalaşan tərəfdaşlığı yüksək qiymətləndirərək, Fondun şirkətlə birgə “Italo” sürətli dəmir yolu operatoru və London Qatvik hava limanı üzrə həyata keçirdiyi investisiyaların uğurlu əməkdaşlıq nümunələri olduğunu deyib.
Ölkəmizin uzunmüddətli inkişaf strategiyasına toxunan dövlət başçısı bu xüsusda “Global Infrastructure Partners” ilə tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.
Adebayo Oqunlesi ARDNF ilə əməkdaşlığın səmərəli nəticələr verdiyini deyərək, şirkətin idarə etdiyi fondlara yatırdığı sərmayələrin iki qurum arasında etibarlı tərəfdaşlıq modeli formalaşdırdığını bildirib.
Qonaq rəhbərlik etdiyi şirkətin hava limanlarının, logistika və nəqliyyat dəhlizlərinin optimallaşdırılması, enerji, o cümlədən bərpaolunan enerji üzrə beynəlxalq təcrübəyə malik olduğunu vurğulayaraq, enerji keçidi, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində Azərbaycanla əməkdaşlıqda marağını ifadə edib.
Görüşdə şirkətin müxtəlif infrastruktur istiqamətlərində həyata keçirdiyi layihələr, qlobal enerji keçidi fonunda formalaşan yeni tendensiyalarla bağlı fikir mübadiləsi aparıldı, süni intellekt texnologiyalarının tətbiqi üzrə beynəlxalq təşəbbüslərdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd edək ki, 2006-cı ildə yaradılan və 2024-cü ildə dünyanın ən böyük fəal idarəetmə şirkəti olan “BlackRock” tərəfindən satın alınan “Global Infrastructure Partners” hazırda təxminən 189 milyard ABŞ dolları məbləğində aktivləri idarə edir. “BlackRock” isə hazırda təxminən 14 trilyon ABŞ dollarına yaxın həcmdə aktivləri idarə etməklə, qlobal investisiya bazarında aparıcı mövqeyini qoruyur.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025



























