Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Redaktor seçimi (Bu gün, 09:32)
Fərəh Əliyevanın kadrları: DAHA KİMLƏR VAR... - YENİ ADLAR AÇIQLANDI


 Əməkdar artist Mehriban Xanlarovanın Mədəniyyət Nazirliyi ilə bağlı ilginc iddiaların yer aldığı açıqlamaları seriyası davam edir. Xatırladaq ki, Xanlarovanın səsləndirdiyi iddialar nə qədər ağır olsa da, bu barədə rəsmilər yalnız susmağa üstünlük verirlər. Beləliklə...
Yazının 2-ci hissəsi BURADA:

Fərəh Əliyeva əməlli-başlı dəstə qurubmuş
"DİA-AZ"ın məlumatına görə, Xanlarova son paylaşımında qeyd edir:
"Sizə “Fərəh Əliyevanın Mələkləri” silsiləsinin ardını təqdim edirəm.

1) Şirin Məlikova — İncəsənət Muzeyinin direktorudur. Bundan əvvəl Milli Xalça Muzeyinin direktoru olub. Daha sonra isə Fərəh xanımın “mələklərindən” biri olduğu üçün birbaşa İncəsənət Muzeyinə təyin edilib. Fərəh Əliyeva ilə eyni bölgədən Şəkidən olduğu üçün əzizləri siyahısında xüsusi yer tutur...

2) Zərifə Məlikova — Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktorudur.

3) Əminə Məlikova — Azərbaycan Milli Xalça Muzeyinin direktorudur.

Adlarını sadaladığım bu Məlikovaların bir-biri ilə qohum olduqları deyilir. Və necə qəribə “təsadüfdürsə”, hərəsi bir muzeyin direktorudur. Sanki muzey sistemindəki vəzifələr Məlikovlar arasında bölüşdürülüb…

4) Famil Mustafayev — Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədridir. Fərəh Əliyeva ilə Famil Mustafayev arasındakı əlaqələr ciddi şəkildə araşdırılmalıdır, çünki bu məsələyə dərindən baxılsa, çox məqamların üzə çıxacağı şübhəsizdir.

5) Nizami Əsədov — ADMİU-da müxtəlif vəzifələrdə, o cümlədən prorektor kimi çalışıb. Son iş yeri Peşə Təhsili üzrə Dövlət Agentliyi olub. Hazırda isə Milli Konservatoriyanın prorektoru vəzifəsini icra edir. Fərəh Əliyevanın "əzizləri" sırasındadır...

6) Turxan Süleyman — ADMİU-nun Sosial-siyasi elmlər kafedrasının dosenti olub. Hal-hazırda isə Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiridir. Fərəh Əliyevanın "seçilmişlərindəndir"...

7) Səbinə Mehdiyeva — Sumqayıt Musiqi Kollecinin direktorudur. Əvvəllər İncəsənət Universitetində kafedra müdiri olub, oradan Sumqayıta keçib. ADMİU-nun yubileyində “Tərəqqi” medalı alıb. Söz-söhbət gəzir ki, Fərəh Əliyeva onu Bakıya gətirməyi düşünür...

Fərəh Əliyeva unutmasın ki, sənətə və həqiqətə heç bir vəzifə, heç bir medal kölgə sala bilməz! Çünki Cənab Prezident İlham Əliyevin ədalətindən heç kim gizlənə bilməz..."

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 12 2025
8 12 2025
8 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
7 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025