Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (13-05-2020, 23:49)
Prezidentimiz sağlamlığımızın keşiyindədir.


 
          Bu gün  bütün dünyada COVİD-19 pandemiyası yaşanır. Dünyanın bir çox ölkələri bu virusun törətdiyi faciə qarşısında aciz qaldığı dövrdə, Azərbaycan dövlətinin rəhbəri  İlham Əliyev cənabları tərəfindən virusa yoluxmaların qarşısınin vaxtında alınması və müalicəsi üçün çox vacib addımlar atılıb. Prezident İlham Əliyevin tapşırığı və bilavasitə nəzarəti altında mümkün olan bütün qabaqlayıcı tədbirlər görülüb. Vaxtında lazımi tövsiyələr verilib, səhiyyə müəssisələri ən zəruri avandanlıq və tibbi ləvazimatlarla təchiz olunub. Azərbaycan COVİD-19 pandemiyası ilə mübarizədə qlobal miqyasda həmrəylik və əməkdaşlığın gücləndirilməsində iştirak edir. Belə ki ,Ümumdünya Səhiyyə Təşkilatının  baş direktoru  pandemiyaya qarşı görülən tədbirlərdə Azərbaycanı nümunəvi ölkə kimi dəyərləndirmişdir. Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın tibb işçilərinə ünvanladığı müraciət  məsuliyyətimizi bir daha artırır, dövlətimiz ,xalqımız qarşısında öz borcumuzu şərəflə yerinə  yetirməyə  ruhlandırır. Bu çətin günlərdə xalqımız, öz dövlətinin, cənab prezidentimizin yanında olmaqla birlik və həmrəylik göstərərək pandemiya  ilə mübarizədə  dəstək nümayiş  etdirmişlər. Hər yerdə  cəmiyyətin hər bir üzvünün birləşməsi  vacib sayıldığı bir vaxtda, bəzi ünsürlərin (onları vətəndaş, hətta   insan belə adlandıra bilmərik). Azərbaycan xalqına, onun prezidentinə  qarşı xəyanətkar  hərəkətləri   cinayətdir. Çünki  pandemiyaya  qarşı mübarizə tədbirlərinə və əhalinin sağlamlığının qorunması naminə  dövıətin atdığı addımların  müvəffəqiyyətinə, sosial dəstək siyasətinə   kölgə  salanlara, Azərbaycana düşmən olanlara, ölkəmizə qarşı təxribat aparanlara ancaq bir ad  vermək olar- Vətən xaini ! Bu çətin, məsuliyyətli dövrdə  ölkə prezidenti tərəfindən  verilmiş  tapşırlıqlardan  düzgün nəticə çıxarmayan  rüşvət və korrupsiya  hallarına son  qoymayan  icra başçılarının  cəzalandırılması  ictimaiyyətin gözləri önündə oldu. Çoxsaylı şikayətlər, dövlət əmlakının talanması, pandemiya dövrü ehtiyacı olan şəxslərə dövlət tərəfindən ayrılmış maddi dəstəyi  mənimsəyənlər layiqli cavablarını almışlar.
   Prezident İlham Əliyev cənabları respublikaya yeni baş prokuror təyini ilə əlaqədar  çıxışında qeyd etdi ki , bu gün Azərbaycannın  hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlar yeniləşmə deməkdir, yeni yanaşma deməkdir,müasir şəraitə uyğunlaşma deməkdir və biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı  inkişafını şərtləndirir.
    Bir daha prezident İlham Əliyev cənablarına, birinci vitse-prezident Mehriban xanım Əliyevaya səhiyyə işçilərinə verdikləri yüksək qiymətə, həm mənəvi, həm də maddi dəstəyə  görə  sonsuz təşəkkürümüzü bildiririk, öz növbəmizdə  söz veririk ki, bütun bilik və bacarığımızı səfərbər edərək əhalinin sağlamlığının keşiyində duracağıq.


 





























7 saylı uşaq yoluxucu xəstəlikləri xəstəxanasının baş həkimi Mehriban İsayeva шаблоны для dle 11.2

Xəbər lenti
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025