Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Karusel / Slayd (24-03-2020, 22:59)
TƏŞƏKKÜRLƏR CƏNAB PREZİDENT!

 

Mənim ölkə Prezidenti İlham Əliyev cənablarına təşşəkkürlə başlamamın səbəbi dünyanın 192 ölkəsini bürüyən koronavirüsla bağlı ölkəmizdə görülən tədbirlərlə bağlıdır. Təşəkkürümün səbəblərini izah etməzdən əvvəl virusla bağlı mən də qısa arayış vermək istərdim.
Artıq demək olar ki, hamının bildiyi kimi Çinin Vuhan şəhərində başlayan bu bu epidemiya qısa bir zamanda bütün dünyaya yayıldı. Covid-19 adlı virusun qısa bir zamanda sürətlə yayılması problemin, ciddiliyindən və ağırlığından xəbər verir. Bu virus Çin,İran və İtaliyada da yayıldıqdan sonra Dünya Səhiyyə təşkilatı ölkələrə müraciət etdi və buna qarşı tədbirlər planı hazırlamasını istədi. Təəssüflə qeyd etməliyik ki, dünyanın bir çox ölkələri bu problemin ağırlığını nəzərə almadığı üçün artıq onun acı nəticələrini qəbul etmək məcburiyyətindədir. Dünyanın inkişaf etmiş ölkələrindən sayılan İtaliyada ölənlərin sayına görə dünyada birinci yerdə olması problemi ciddiyətə almaması ilə bağlıdır. Həmçinin Fransa, Hollandiya və bir sıra başqa ölkələrdə də mənzərə heç də ürək açan deyil.    
Əslində şəxsiyyətin böyüklüyü, mənsub olduğu ölkəsinin hər hansı bir problemlə üzləşdiyi zaman ona necə reaksiya verəcəyi, onu necə idarə edə bilmək bacarığı, qabiliyyəti ilə bağlıdır. 
İndi isə təşəkkürümün səbəblərini izah edim.
Dünyanın ayır-ayrı ölkələrinə koronavirus adlı bəla giriş etdikdə ilkin olaraq nə edəcəklərini bilmirdilər. Koronavirus insanların daha sıx olduğu yerlərdə sürətlə yayıldığını nəzərə alsaq, qürurla demək olar ki, təhsil sisteminin tam olaraq tətilə buraxılması ilk olaraq həyata keçirən ölkələrdən bəlkə də birincisi Azərbaycan oldu. Azərbaycan dövlətinin bu addımından bir həftə sonra qardaş Türkiyə, Avropa ölkələri  və digər ölkələr analoji addımlar atmağa məcbur oldu. Yəni bu addım problemin qarşısının alınması baxımından önləyici bir proses kimi qeyd edə bilərik.
İkinci bir addım Nazirlər Kabinetinin bu prosesə qoşulması və Novruz bayramından əvvəl 60 yaşdan yuxarı insanların zərurət olmadığı halda işə çağrılmaması, müəyyən güzəştlər edilməsi kimi tədbirlərin həyata keçirilməsini göstərmək olar.
Üçüncü ölkənin maliyyə pesurslarının bu prosesin qarşısının alınması üçün səfərbər olunması və bununla bağlı dəstək Fondunun yaradılması və bu prosesə ölkənin fiziki, hüquqi şəxslərinin kütləvi qoşulması, xüsusilə də ölkənin vitse prezidenti Mehriban xanım Əliyevanın bir illik əmək haqqını Koronavirusla Mübarizə yə Dəstək Fonduna ianə etməsi nümunəvi və alicənabi bir  iş olduğunu da qeyd etmək lazımdır.  
Dördüncü bir addım kimi 50-yə yaxın dövlət orqanının əməkdaşlarının 1 aylıq məzuniyyətə göndərilməsi də koronavirus infeksiyasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlər çərçivəsindədir.
Beşinci bir addım kimi Bakı şəhərinə girişlərin qadağan edilməsi, həkimlərin və tibb işçilərinin rayonlarda insanların kornovirisla bağlı ciddi tədbilərin həyata keçirməsi və bu tədbilərlə bağlı tibb işçilərinin əmək haqlarının 3 mislindən 5 mislinə kimi olan artımı  təqdirəlayiq işlərdəndir.
Altıncı addım kimi ölkədə qarantin rejiminin elan edilməsi kornovirus adlı ümumbəşər bir problemin Azərbaycanda tam nəzarət altına alınmasından xəbər verir.    
   Yazımın əvvəlində qeyd etdiyim kimi şəxsiyyətin böyüklüyü üzləşdiyi problemə necə reaksiya verəcəyi, onu necə idarə edə bilmək bacarığı, qabiliyyəti və səviyyəsi ilə bağlıdır. Şübhəsiz ki, bütün bu sadalanan addımları idarə edən ölkədə bir şəxs vardır ki, o da heç şübhəsiz ki, ölkə Prezidentidir. 

Mediatv.az informasiya portalının baş redaktoru
Əfqan Bəhluloğluшаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024