Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Redaktor seçimi (Dünən, 21:53)
Məmmədli kəndində göl qurudulur, qanunsuz torpaq alveri çiçəklənir-VİDEO

 
Abşeron rayonunun Məmmədli kəndində baş verənlər adi bir tikinti işi deyil, açıq-aşkar ekoloji və hüquqi özbaşınalıqdır. Kənd ərazisində illərdir mövcud olan təbii göl mərhələli şəkildə qurudulur, ərazisi “işbaz” dairələrin marağına uyğun olaraq yaşayış sahəsinə çevrilir. Daha da təəccüblüsü odur ki, qurudulan gölün yerində inşa edilən evlər alqı-satqıya çıxarılır.
Məmmədli kəndində gölün süni şəkildə qurudulması ətraf ərazilərdə subasma riskinə və ciddi ekoloji fəsadlara yol açır.
Mediatv.az-a verilən məlumata görə bu torpaqlarda bir qrup işbazlar tərəfindən qanunsuz olaraq  fərdi yaşayış evləri tikilir və satılır. Bu evlərin böyük hissəsi nə infrastruktur, nə kanalizasiya, nə də digər infrastrukturla  təmin olunmadan satışa çıxarılır. Yəni gələcəkdə problem yaşayan yalnız təbiət yox, həm də bu evləri alan vətəndaşlar olurlar.Məmmədlidə qamışlıq,göl, dərə kimi yer qalmayıb.Belə qanunsuz tikintiləri əsasən  Yardımlıdan olan bir neçə qardaş və Rövşən Məmmədov adlı şəxs həyata keçirir.işbazlar illərdir eyni ssenarini həyata keçirir: icazəsiz torpaq zəbt edilir, sənədsiz evlər tikilir və sonra bu “evlər” sadə vətəndaşlara satılır. Qanun isə kənarda qalır, məsuliyyət daşımalı olan qurumlar isə ya görmür, ya da görməzliyə vurur.
Mediatv.az bildirir ki,bu işbazlar nə tikinti norma və qaydalarına əməl edir, nə də təhlükəsizlik standartlarını nəzərə alır. Əsas məqsəd qısa müddətdə maksimum qazanc əldə etməkdir. Nəticədə isə keyfiyyətsiz, kommunikasiya xətləri olmayan, gələcəkdə söküntü riski daşıyan evlər ortaya çıxır.


Sual yaranır: bu gölün qurudulması hansı əsasla və kimin icazəsi ilə aparılır?

Bəs Abşeron rayon icra hakimiyyəti, Məmmədli kənd icra nümayəndəsi Elmar Abbasov,kənd bələdiyyəsinin sədri Ceyhun Ələsgərov ,FHN-nin aidiyyatı qurumları, Şəhərsalma və Arxitektura Komitəsi ,eləcə də ekoloji nəzarət qurumları hara baxır? Bu proseslərdən xəbərsizdirlər, yoxsa susqunluq razılıq deməkdir? Əgər icazə verilməyibsə, niyə tikinti dayandırılmır? Əgər verilibsə, bu icazələrin hüquqi əsası hansıdır?
Məmmədli kəndində baş verənlər Abşeronda illərdir davam edən torpaq və tikinti xaosunun növbəti nümunəsidir. Təbii sərvətlər şəxsi maraqlara qurban verilir, qanunlar isə kağız üzərində qalır. Sabah bu gölün yerində yaranacaq problemlərin məsuliyyətini kim daşıyacaq?

Yazıda adları çəkilən şəxslərin cavab haqqını tanıyırıq
Ardı var..
Mediatv.az

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025