Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (Bu gün, 13:15)
İşdən çıxarılan məktəb direktorunun şikayəti ilə bağlı Ali Məhkəmə qərar çıxarıb


Qazax-Tovuz Regional Təhsil İdarəsinin əmri ilə vəzifəsindən azad edilən Ağstafa şəhəri A.Abdullayev adına 2 saylı tam orta məktəbin keçmiş direktoru Vəfa Tağıyeva işə bərpa olunması tələbi ilə məhkəməyə müraciət edib.
Teleqraf xəbər verir ki, direktorun şikayətinə baxan Ali Məhkəmə əvvəlki instansiyaların qərarını qüvvədə saxlayıb və tələbini təmin etməyib.
Direktor hansı səbəblərlə işdən çıxarılıb?
Qazax-Tovuz Regional Təhsil İdarəsinin 18 sentyabr 2023-cü il tarixli əmri ilə Vəfa Tağıyevaya rəhbərlikdə yol verdiyi ciddi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
2024-cü il fevralın 27-də məktəbdə aparılan növbəti yoxlamanın nəticələrinə dair arayışda ciddi pozuntular müəyyən edilib.
Yoxlama zamanı məlum olub ki, məktəbdaxili nəzarət zəif təşkil edilib, müəllimlər bəzi hallarda cədvəl üzrə dərs keçməyib, dərnəklər şagirdlərin meyl və maraqlarına uyğun təşkil edilməyib, dərnəklər bir çox hallarda keçirilməyib, eyni şagird eyni vaxtda iki ayrı dərnəyin siyahısında göstərilib, dərsdənkənar məşğələ və dərnək jurnalları düzgün aparılmayıb və əmək intizamı pozulub.
Araşdırmalar zamanı tədris olunmayan dərslərə və keçirilməyən məşğələlərə görə müəllimlərə ümumilikdə 3 617 manat vəsait ödənildiyi də müəyyən edilib.
Yoxlama həmçinin göstərib ki, 2023-cü ilin may-iyun aylarında aşkarlanmış nöqsanların böyük qismi hələ də aradan qaldırılmayıb.
Direktorun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilib.
Vəfa Tağıyeva 7 mart 2024-cü il tarixli işdən çıxarılma əmrinin ləğv edilməsini, işə bərpa olunmasını və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsini tələb edib.
O, iddia edib ki, əmrin verilməsi üçün əsas kimi göstərilən sənədlər qanunsuzdur.
Tağıyevanın fikrincə, sənədlərin təqdim olunmasından imtina edilib. Buna görə də işdən çıxarılması əsassızdır və həqiqəti əks etdirmir.
Direktor bildirib ki, 2011-ci ildən məktəbə rəhbərlik etdiyi müddətdə tədrisin səviyyəsinin yüksəldilməsi, şagirdlərin inkişafı və məktəbin nailiyyətləri üçün ardıcıl tədbirlər görüb.
Ali Məhkəmə direktorun kassasiya şikayətinin dəlillərini əsaslı hesab etməyib. Beləliklə, Vəfa Tağıyevanın kassasiya şikayəti təmin edilməyib və apellyasiya instansiyasının qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
14 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025