Sosial (Bu gün, 14:22)
“Bir ildə 40 min manat itirən vətəndaşın fəryadı: "Azərlotoreya vətəndaşa qənim kəsilib”
“Artıq bezmişəm bu Azərlotoreyanın stavkalarından. Hər həftə pul xərcləyirəm. Özümdən asılı deyil, bilirəm ki, bu artıq rəsmi olaraq bir xəstəlikdir. Evimin din-bərəkəti də qalmayıb”.
Mediatv.az xəbər verir ki, bu fikirləri anonim qalmağı xahiş edən narazı vətəndaş səsləndirib. O, dövləti bu sahədə ciddi tədbirlər görməyə, digər vətəndaşları isə ayıq-sayıq olmağa çağırır.
Narazı vətəndaş yazır:
“Bu qədər pul xərcləməyimə baxmayaraq, bu günə qədər bir dəfə də olsun heç nə qazanmamışam. Hər dəfə düşünürəm ki, bəlkə bu dəfə nəsə çıxar, amma nəticə yenə eyni olur – sıfır.
İnsanları ümidləndirib, sonra da heç nə verməmək açıq-aşkar etibardan sui-istifadədir. Biz pul veririk, amma real olaraq soyuluruq. Mənim kimi nə qədər asılı vəziyyətə düşmüş insan var və evinin ruzisini bu oyunlara xərcləyir.
Nə özüm, nə tanışlarım, nə də ətrafımda bir nəfər belə ‘mən udmuşam’ deyə bilən yoxdur. Bu şans oyunlarının hamısı bir-birinə bənzəyir – reklam çoxdur, nəticə isə yoxdur.
Artıq reklamlarına inanmıram. Bunlar sadəcə boş vədlər və göz boyamaqdır. Mənim üçün bu işin adı yalnız bir sözlə ifadə oluna bilər: məyusedici və etibarsız.
Amma artıq gecdir. Çünki bu yolda külli miqdarda pul itirmişəm. İnanmayacaqsınız, bir il ərzində Azərlotoreyaya təxminən 40 min manata yaxın pul xərcləmişəm. Onun yarısı hazırda borcdur. Buna baxmayaraq, yenə də əl çəkə bilmirəm.
Kimsə bu işi dayandırmalıdır. Mənim kimi nə qədər insan var bu ölkədə. Bəlkə də vəziyyəti ən yaxşı olan, borcu ən az olan elə mənəm...” (DİA.AZ)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025


























