Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Bu gün, 13:10)
Rəis müavini milyonluq sərvətə necə sahib olub?

 Paytaxtın Xətai rayonu qanunsuz tikintilərin çoxluğu ilə seçilən ərazilərdəndir. İddia olunur ki, məhz Rafiq Quliyev icra başçısı təyin edildikdən sonra Xətai rayonunda qanunsuz tikintilərin sürətlə artmağa başladığına dair iddialar zaman-zaman mediada səsləndirilib.

Bu işdə başçının “makleri” rolunda Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini İntiqam Cümşüdovun çıxış etdiyi də yayılan xəbərlər arasındadır.

Qeyd edək ki, hər həftə sosial mediada Xətaidə qanunsuz tikililərlə bağlı çoxlu sayda videogörüntü yayılır. Bu görüntülərdə Xətaidə baş alıb gedən özbaşınalığı və şəhərin ümumi arxitekturasının necə çirkinləşdirildiyini görmək mümkündür. Lakin hələlik bu məsələyə “dur” deyən tapılmır.

Əksəriyyət rayonda bu qanunsuz tikililərin arxasında dayanan şəxsin İntiqam Cümşüdov olduğunu ehtimal edir. Daha doğrusu, işbazlarla icra başçısı arasında vasitəçi olan şəxs məhz odur. İş o yerə çatıb ki, İntiqam Cümşüdov təhlükəsizlik qaydalarını belə nəzərə almadan bəzi işbazlara binaların üzərində əlavə mərtəbələr tikməyə razılıq verdirdiyi də Xətaidə insanların dilindədir.

Daxil olan məlumata görə, İntiqam Cümşüdov özü də son iki ildə Xətai rayonu ərazisində, xüsusilə Gəncə prospektində onlarla obyekt tikdirib və bu obyektlərin böyük bir hissəsi sənədsizdir. Xüsusilə Gəncə prospektində yerləşən bu obyektlərin qiymətinin milyonlarla ölçüldüyü də bildirilir. Yəni, hər həftə Xətaidən izlədiyimiz qanunsuz tikililərlə bağlı videogörüntülərdəki obyektlərin bəzilərinin elə İntiqam Cümşüdova aid olduğu vurğulanır. Həmçinin İntiqam Cümşüdovun Biləcəri qəsəbəsində də obyektlərinin olduğu söylənilir.

Qeyd edək ki, Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləyən İntiqam Cümşüdov Xətai rayonunda ən imkanlı məmurlardan biri kimi tanınır./yenicag.az







шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025