Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Aktual / Redaktor seçimi (Dünən, 22:11)
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti

 

Bir zamanlar qanunu pozmuş, cəmiyyətə ziyan vurmuş, etimadı tapdamış birinin indi yenidən rəhbərlik kreslosuna can atması — sadəcə rüsvayçılıq deyil, həm də ictimai ədəba meydan oxumaqdır.Bu adamların ən təhlükəli xüsusiyyəti odur ki, keçmiş cinayətlərini “bağışlanmış səhv” kimi qələmə verib, özlərini təmizlənmiş kimi təqdim etməyə çalışırlar. Bu cür şəxslərin yenidən rəhbər postuna iddia etməsi cəmiyyətin yaddaşını aşağılamaq deməkdir. Sanki xalqın keçmişi unutduğunu, hamının susacağını düşünürlər. Amma yanılırlar.
Cəmiyyət belə addımları qəbul etmir və cəmiyyətdə belə düşüncə var ki,cinayət törədən rəhbərlik edə bilməz,vəzifə kreslosu təmiz reputasiya tələb edir,sabah hansı qanunu pozacağını heç kəs bilmir.


Mediatv.az xəbər verir ki,belələrindən biri də “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Aran Regional İdarəsi rəisi işləmiş Çərkəz Şirinovdur.Dövlətə külli miqdarda ziyan vuran, haqqında bir neçə maddə ilə cinayət işi qaldırılan Çərkəz Şirinov cinayət məsuliyyətindən azad olunub və yenidən əvvəlki vəzifəsinə qayıtmağa çalışır.Cinayət məsuliyyətindən azad olmaq,Çərkəz Şirinovun sadalanan cinayətləri törətmdiyi anlamına gəlmir.Belə ki,məhkəmədə cinayət işini araşdıran hakim Azərbaycan Respublikasının CM 73-1.2maddəsini əsas götürərək cinayət işinə xitam verir və Çərkəz Şirinovu cinayət məsuliyyətindən azad edir.
Azərbaycan Respublikasının CM 73-1.2 maddəsində deyilir:Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.Çərkəz Şirinova şamil edilmiş Azərbaycan Respublikasının CM 73-1.2 maddəsin də aydın görünür ki,o yuxarıda sadalanan cinayəti törədib,cinayət nəticəsində vurulmuş ziyanı tam ödəyib,ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödədikdən sonra cinaət məsuliyyətindən azad olub.

Bir vaxtlar rəhbərlik etdiyi qurumu xaosun kandarına gətirmiş,idarəetməni şəxsi təsərrüfatına çevirən Çərkəz Şirinovun yenidən “müdir kreslosu”nu arzulaması qəbuledilməzdir.Rayon camaatı isə çoxdan anlayıb:Onun müdir olmaq üçün canfəşanlığı cəmiyyətə yararlı olmaq deyil, imtiyaz əldə etmək üçündür.
Hər kəsə bəllidir ki, kreslo həvəsi ilə yananlar ən axırda həmin kreslonu yandıranlar olurlar.

Qarşı tərəfin cavab haqını tanıyırıq.

  Mediatv.az

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025