Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (6-02-2023, 16:32)
"Qanlı göl"ün ətrafındakı şamlıqda park salınacaq

 "Qanlı göl"ün ətrafındakı şamlıqda park salınacaq.

Bunu "Qanlı göl" ərazisi üzrə təqdim olunan layihələrə dair ictimai dinləmədə Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib.

Onun sözlərinə görə, ərazidə boş olan yerlər də təqdim olunacaq, şirkətlər tərəfindən yaşayış binaları tikiləcək. Qeyd edək ki, sözügedən göl Bakı şəhərinin Yasamal rayonunda yerləşir. Vaxtilə bu su hövzəsində batanların sayı çox olduğundan oraya sakinlər tərəfindən "Qanlı göl" adı verilib.

Bildirək ki, son illər ölkədə neftlə çirklənmiş torpaqların təmizlənməsi, gölməçələrin qurudulması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Belə ərazilərdən biri kimi “Qanlı göl”ün də qurudulması, orada paytaxt sakinlərinin istirahəti üçün əlverişli şəraitin yaradılması ilə bağlı layihə də bir neçə müddətdir ki, müzakirə olunur. Həmin ərazidə istirahət parkı ilə yanaşı, hündürmərtəbəli yaşayış binalarının tikilməsi nə dərəcədə alverişlidir?

Mediatv.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev Cebhe.info-ya bildirdi ki, hələ 20 il bundan öncə belə “Qanlı göl”ün qurudulması barədə qərar vardı:

“Mən hər zaman bildirmişəm ki, aşağıda çeşməsi, bulağı olan göllərin quruldulması məqsəduyğun deyil, təbiətə ziyan gətirir. Ona görə də uzun müzakirələrdən sonra bir qədər həmin gölü qurutdular, nəticədə o iş alınmadı. İndi isə bir türk şirkəti tərəfindən yaxşı layihə təklif olunub. Orada olan şamlığı çox yaxşı istirahət parkına çevirəcək. Artıq 1 ilə yaxındır ki, həmin gölün ərazisi tam mühafizəyə alınıb. Oraya zibil daşınmasının qarşısı alınıb, axıdılan kanalizasiyalar bağlanıb, su özü-özünə xeyli miqdarda durulub.

Mən də təklif verdim ki, dib çöküntüləri, lil sahələri, ekoloji vəziyyətin fonu ölçülməlidir, su təmizlənməlidir. Onun ətrafında uşaq meydançaları, istirahət yerlərinin olduğu çox yaxşı park olacaq. Həmin parkın adı ilə bağlı kiçik müzakirə oldu və onu “Qanlı göl parkı” adlandırmaq istəyirlər. Ancaq həmin ad dəyişdirilərək başqa bir ad, məsələn “Şamlı park”, “Yasamal Parkı” kimi adlar təklif edildi. Orada parkın salınması mümkündür. Ancaq həmin ərazidə tikintinin aparılması, yaşayış binalarınım o sahəyə salınması doğru deyil. Mən inanmıram ki, o, yaxşı nəticə versin. İnsanlar oraya istirahətə getməlidirlər. Orada yüksəkmərtəbəli binaların tikilməsi düzgün deyil”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025