Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 12:13)
Nəsimi rayonunda “qanunsuz artırma” sualı: Buna kim izacə verdi?-VİDEO

 

Nəsimi rayonunda artan tikinti qalmaqalı ciddi suallar doğurur. Söhbət yaşayış binasında aparılan və açıq-aşkar qanunsuz artırma təsiri bağışlayan işlərdən gedir. Ən maraqlısı isə budur ki, bu proses rayona yeni təyin olunmuş icra başçısının dövründə də dayanmadan davam edir. İctimaiyyət haqlı olaraq soruşur: qanunsuzluq necə başladı və kim tərəfindən himayə olundu?
Sosial mediada yayılan məlumata görə,rayon ərazisində layihədə nəzərdə tutulmayan əlavə mərtəbə və ya genişləndirmə işləri gecə-gündüz aparılır.Mediatv.az xəbər verir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd olan bu işlər zamanı nə təhlükəsizlik qaydalarına əməl edilib, nə də aidiyyatı orqanlardan icazəverici cənədlər alınır. Buna baxmayaraq, tikinti prosesi sanki “yaşıl işıq”la davam edib.
Burada əsas sual icra hakimiyyətinin rolu ilə bağlıdır. Qanunvericiliyə əsasən, rayonda aparılan hər bir tikinti işi yerli icra hakimiyyətinin nəzarətində olmalıdır. Bəs necə olur ki, açıq-aşkar qanunsuz artırma işləri davam edir, amma rəsmi qurumlardan səs çıxmır? Bu susqunluq səhlənkarlıqdır, yoxsa razılaşdırılmış icazə?
Məlumdur ki, yeni icra başçısından cəmiyyət ilk növbədə qanunçuluğun bərpasını gözləyir. 

 Əgər ilk aylardaca belə qanunsuzluqlara göz yumulursa, bu, gələcək üçün təhlükəli presedent yaradır: qanun yox, şəxsi maraqlar işləyir.
Daha narahatedici məqam isə odur ki, sakinlərin şikayətlərinə baxmayaraq, məsələ yerində araşdırılmayıb, tikinti dayandırılmayıb. Bu isə icra strukturlarında şəffaflıq və məsuliyyət problemini bir daha gündəmə gətirir.
Redaksiyamız hesab edir ki, Nəsimi rayonunda  qanunsuz artırmaya kimlərin icazə verdiyi aydınlaşdırılmalı və məsul şəxslər cəzalandırılmalıdır. Əks halda, “yeni icra başçısı – köhnə problemlər” ifadəsi Nəsimi reallığının qısa təsvirinə çevriləcək.
Cəmiyyət cavab gözləyir. Qanun işləyəcək, yoxsa yenə kağız üzərində qalacaq?

Qarşı tərəfin cavab haqqını tanıyırıq.
   Mediatv.az

     шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025