Sosial (Dünən, 23:10)
Sumqayıtda yaşayış binası biznes obyektinə çevrilir: qanun haradadır?
Sumqayıt şəhərində daha bir yaşayış binasının 1-ci mərtəbəsinin qanunsuz şəkildə qeyri-yaşayış sahəsinə çevrilməsi sakinlərin haqlı narazılığına səbəb olub. Şəhərin mərkəzi və ya məhəllə daxilində yerləşməsindən asılı olmayaraq, bu cür “səssiz çevrilmələr” artıq adi hala çevrilir: dünənə qədər ailələrin yaşadığı mənzil bu gün obyekt, ofis və ya mağaza kimi fəaliyyət göstərir.
Mediatv.az-a verilən məlumata görə Sumqayır şəhəri,Bakı küş 11/8 ünvanında yerləşən beşmərtəbəli binanın birinci mərtəbəsi heç bir rəsmi icazə və layihə təsdiqi olmadan tikinti işləri aparılıb. Daşıyıcı divarlara müdaxilə edildiyi, giriş-çıxışın dəyişdirildiyi,kiçik pəncərələrin qanunsuz olaraq böyüdüldiy və təhlükəsizlik problemlərinin yarandığı bildirilir. Bütün bunlar isə çoxmənzilli binanın ümumi mülkiyyət hüquqlarının kobud şəkildə pozulması deməkdir.
Qanunvericilik açıqdır: yaşayış sahəsinin qeyri-yaşayışa çevrilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarının razılığı, layihə-smeta sənədləri və digər aidiyyatı qurumların icazəverici razılıq sənədi olmalıdır. Bəs bu şərtlər niyə yerinə yetrilməyib, bu qanunsuzluğa kim göz yumur?
Daha düşündürücü məqam odur ki, Sumqayıtda bu tip hallar tək-tük deyil. Şəhərdə ard-arda baş verən oxşar “çevrilmələr” nəzarət mexanizmlərinin ya işləmədiyini, ya da selektiv şəkildə işlədiyini göstərir. Sual yaranır: şəhərsalma qaydaları hamı üçün eynidirmi, yoxsa bəziləri üçün “istisnalar paketi” mövcuddur?İctimaiyyət Sumqayıt şəhər rəhbərliyindən və müvafiq nəzarət orqanlarından aydın mövqe gözləyir. Qanunsuz çevrilmələrə son qoyulacaqmı, yoxsa şəhər “yaşayışdan biznesə” səssiz keçidin meydanına çevriləcək? Qanun kağız üzərində qalacaqsa, sabah eyni aqibət hər binanın qapısını döyə bilər.
Xatırladaq ki,Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən rayon ərazisində müntəzəm olaraq tikintilərə nəzarət məqsədilə monitorinqlər aparmalı,qanunsuz tikililərin qarşısını almaq üçün lazımi hüquqi tədbirlər görməlidirlər.
Qarşı tərəfin cavab haqqını tanıyırıq..
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
13 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025



























