Təhsil (Bu gün, 09:18)
Naxçıvan Dövlət Universitetindən 3,68 milyon görün hansı şirkətlərə köçürülüb – 12 ay ərzində
Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayevin rəhbərliyi dövründə son bir ildə bağlanan satınalma müqavilələri 32gun.az-ın araşdırmasına görə ümumilikdə 3 milyon 685 min 461,76 manat təşkil edir.İlin ilk ən iri müqaviləsi Cambridge School beynəlxalq məktəbinin tədris binasında cari təmir işləri üçün bağlanıb və “Construction Business Group”a 1 milyon 294 min 578,24 manat ödənilib. NDU-nun xərclərinin strukturuna baxdıqda təmir-tikinti işlərinin başlıca istiqamət olduğu açıq görünür.
Tender siyahısında IT avadanlıqları, beynəlxalq reytinq xidmətləri, mebel və laboratoriya avadanlıqları, tədbir və konfransların təşkili xidmətləri, təsərrüfat və dəftərxana malları, hətta geyim və kitab alışları da yer alır. Bu qədər geniş spektr üzrə xərcləmələrin bazar qiymətləri ilə müqayisədə bəzən yüksək görünməsi, həm də paralel kateqoriyalar üzrə təkrarlanan satınalmalar diqqət çəkir.
32gun.az xəbər verir ki, universitetin ən böyük xərcləri aşağı istiqamətlərdə cəmlənib:
IT avadanlıqları: “BEETECH” MMC – 398.478,92 manat
Tədris binalarının təmiri: “AZSUR GROUP” MMC – 376.774 manat
Laboratoriya avadanlıqları: “BAYRAMLI GROUP” MMC – 288.879,17 manat
Mühafizə xidmətləri: “Kapital Security” QSC – 289.660,5 manat
Mebel və avadanlıq: “EMBAWOOD” MMC – 124.311,82 manat
Tədbir və konfrans xidmətləri: “RR Travel Company” – 107.763,5 manat
Xarici tələbə cəlbi: “Education in Azerbaijan” MMC – 103.250 manat
Tenderlərin xarici şirkətləri də əhatə etməsi – xüsusilə elektron kitab bazaları və reytinq agentliklərinə ayrılan məbləğlər – xərclərin prioritetlərinin nə qədər balanslı olduğunu sual altına qoyur. ProQuest, Taylor & Francis və Times Higher Education kimi qurumlarla müqavilələr universiteti ümumilikdə on minlərlə manatlıq öhdəlik altına salıb.
Ümumi mənzərə göstərir ki, Naxçıvan Dövlət Universitetinin maliyyə istiqamətləri əsasən təmir-tikinti, IT və reytinq xidmətlərinə yönəLIB, halbuki tədrisin keyfiyyəti, tələbə yönümlü layihələr və elmi nəticələrlə bağlı satınalmalar siyahıda xeyli azlıq təşkil edir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
9 12 2025
9 12 2025


























