Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 13:46)
Goranboyda sahibkar kənd təsərrüfatı təyinatı torpaqda qanunsuz iaşə obyekti tikir - Fotolar

 Gornaboy rayon ərazsində, Bakı-Qazax yolunun Dəliməmmədli körpü qovşağı hissəsində əkinə yararlı kənd təsərrüfatı təynatlı torpaq sahəsində iaşə obyekti tikilir...

Poliqon xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan məlumatlara görə, qanunsuz tikintini Gornaboy rayonundan olan sahibkar Xəlilov Xaliq inşa etdirir.

Məlumata görə ərazidə iş adamına məxsus daş və çınqıl satışları həyata keçirən bazar fəaliyyət göstərir. Həmin bazarın sahibi olan Xaliq Xəlilov orada qanuni icazə olmadan beton məmulatları istehsalı ilə də məşğuldur. Həmçinin ərazidə icazəsiz qum çınqıl satışı həyata keçirilir və ETSN-nin yerli nümayəndələri bu qanunsuzluğu sadəcə seyr etməklə məşğuldurlar.

Qeyd edilir ki, indi isə sahbkar daha da irəli gedərək heç bir icazə sənədi olmadan kənd təsərrüfatı təyinatı torpaqda iaşə obyekti tikdirir.

Bildirək ki, ötən həftə Prezident İlham Əliyev kənd təsərrüfatlı təyinatlı torpaqlardakı tikililərlə bağlı imzaladığığı fərmana əsasən həmin torpaqlarda nəzərədə tutulan müvəqqəti tkililər barədə məlumatlandırma Qaydaları təsdiq edib. Həmin qaydaların tələbinə uyğun olaraq əkinə yararlı, keyfiyyətli aqronomik xüsusiyyətlərə malik torpaqlarda yalnız kənd təsərrüfatına aid xidmət sahələri üçün yüngül konstruksiyalara, asanlıqla sökülüb yığılan tikililərin aparılmasına icazə verilir.

Ancaq sahibkar Xaliq Xəlilov aidiyyatı müvafiq qurumlarla “anlaşaraq” kənd təsərrüfatı təyinatlı torpaqda rahat şəkildə iaşə obyekti inşa etdirir. Yəni yerlərdəki müvafiq qurumlar prezident fərmanını pozmaqdan heç də çəkinmirlər...
 




шаблоны для dle 11.2

Xəbər lenti
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025