Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Təhsil / Redaktor seçimi (22-09-2022, 13:26)
Məktəb direktoru Nazirlər Kabinetinin qərarını niyə pozur?

 





Dünya təhsil təcrübəsinə görə deyə bilərik ki,  birinci növbədə təhsil almaq uşaqlar üçün daha faydalıdır. Valideynlər səhər saatlarında işə gedir. Uşaqların dərsə təhlükəsiz aparılması və gətirilməsi kimi məsələlərə də təsir göstərir. İkinci növbə dərs həm uşaqlara, həm də valideynlərə xoş təsir bağışlamır. Çünki valideynin iş qrafikində qarmaqarışıqlıq yaranır. Statistik göstəricilərə əsasən, məktəbdən yayınma halları əsasən ikinci növbədə təhsil alan şagirdlər arasında müşahidə olunur. Bundan başqa, səhər dərsə gedən uşaqlar müəllimin izah etdiyi dərs proqramını daha tez qavrayır, nəinki günorta vaxtı. Səhər növbəsində oxuyan uşaqların əlavə təlimə, məşğuliyyətə marağı olur. İkinci növbədə isə məktəbdə şagirdlər üçün müəyyən kurslar, təlimlər, valideyn və müəllim heyəti üçün iclaslar təşkil oluna bilər. Bu baxımdan tədris müəssisələrinin bir növbəli olması daha məqsədəuyğundur.
Amma şagirdlərin sayının çox olması iki növbəli təhsili zəruri edir. Uğurları bol olan məktəblərə isə şagird axını güclü olur. 2500-dən artıq şagirdin təhsil aldığı Bakı şəhəri 145 nömrəli tam orta məktəb 2000-ci ildən YUNESKO məktəbidir. TQDK-nın rəsmi statistik hesablamalarına görə, məktəb ali məktəblərə qəbula görə Nizami rayonu üzrə 1-ci yeri tutur. Məktəblilər arasında Breyn Rinq üzrə III Azərbaycan çempionatının yarışında məktəbin komandası da iştirak edib və öz biliklərini yüksək səviyyədə nümayiş etdirərək 1-ci yerə layiq görülmüşlər.
Ancaq direktor Pərvanə Abbasovanın öyündüyü və onu hədsiz dərəcədə özündən razı salan bu nailiyyətlər baxmayaraq ondan narazı olan valideynlərdə vardır.
Belə ki Qarabağ Veteranı,valideyn Yalçın Babayevin Mediatv.az-a bildirdiyinə görə, direktor bu il V sinifləri ikinci növbəyə keçirib.2022-2023-ci tədris ilinə kimi 145 saylı məktəb birnövbəli fəaliyyət göstərib. Ancaq Nazirlər Kabinetinin 3 iyun 2012-ci il tarixli 171 saylı qərarı var ki, I siniflər, V və buraxılış sinifləri ikinci növbədə ola bilməz. Yerdə qalan siniflər ikinci növbə oxuya bilərlər. Bundan başqa,  ikinci növbəbin dərsi gündüz saat 1-ə az qalmış başlamalıdır. Di gəl, əksər otaqlarda ya repetitorlar məşğul olduqlarına,ya da ki dərsin gec bitdiyinə görə , saat 2-yə  qədər uşaqlar dərs keçməyə otaq tapa bilnmirlər. V siniflərin sayı isə 7-dir. Beləliklə, 300-ə qədər şagirdə deyir ki, gözləyin,  repetisiyalar qurtarsın, sonra sizin dərslər başlasın. Bu isə saat 2-yə çəkir.Saat 1-ə qalmış məktəbə gələn şağirdlər 2 saata qədər gözləməli olurlar. 2-də başlayan dərslər isə axşam saat 7-də qurtarır. Bu hal uşaqların ev tapşırıqlarını hazırlamasına da, yuxu rejiminə də pis təsir göstərir.
Pərvanə Abbasova bu və bu kimi digər nöqsanlara görə etiraz edən validenynlərə də kobud tərzdə cavab verir. Vətən müharibəsi iştirakçı olan valideyini belə dinləmək isdəmir.Qarabağ veteranın Yalçın Babayevin tələbu haqsız olsaydı, direktoru hardasa başa düşmək  olardı. Amma valideyn öz uşağının haqqını, hüququnu müdafiə edirsə,direktor onu dinləməyə,sualları cavablandırmağa və yaranmış problemi həll etməyə borcludur.
Həmçinin valideyn bildirilir ki, direktor hamı ilə rusca danışır. Halbuki, məktəbin həm rus, həm də Azərbaycan sektoru var.
 




















Bakimektebleri.edu.az saytında Abbasova Pərvanə Teyyub qızı haqda təqdim olunan məlumatda ziddiyyətli məqamlar diqqəti çəkir: 1998-ci ildə ADPU-nin riyaziyyat fakültəsinə qəbul olunub. 2000-ci ildə həmin universitetin informatika ixtisası üzrə magistraturasını bitirib. 1999-cu ildə Azərbaycan Neft Akademiyasında kafedra köməkçisi və saathesabı müəllim işləyib... Belə çıxır ki, adam beş deyil, cəmi ikicə ilə həm bakalavr, həm də magistraturanı qurtarıb? Ali məktəbə qəbul olunandan cəmi bir il sonra pedaqoji fəaliyyətə başlayıb?
Bu suallara cavab axtaracağıq.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024