Karusel / Təhsil (19-10-2019, 13:49)
Texniki-Humanitar Liseydə bazar qanunları -İTTİHAM

Səidə Zeynalovanın , V-IX siniflərin şagirdlərindən illik 30 manat, X-XI sinif şagirdlərindən illik iki dəfə artıq, yəni hərədən 60 manat “fond pulu” yığılır. 1 stəkan çayın 20 qəpiyə satıldığı bufet direktora aylıq 400 manat haqq verir. Müəllimlər elə məktəbdəcə repetitorluq fəaliyyəti ilə məşğuldurlar. Repetitor-müəllimlər hazırladıqları hər şagirddən aldıqları puldan ayda 10 manat direktora verirlər. Bu hal elə təsəvvür yaradır ki, liseydə təhsil pulludur. İkinci növbədə dərslər qaydasında keçirilmir. Bölünməli olan fənlər (rus bölməsində Azərbaycan dili, xarici dil; Azərbaycan sektorunda rus dili, xarici dil) bölünmür, çünki sinif çatmır. Siniflərdə I növbənin müəllimləri II növbədə repetitorluq edirlər.
5-ci dərs saatından sonra X-XI sinif şagirdləri evə buraxılırlar, onlara VI-VII dərslər keçilmir, lakin müəllim keçmədiyi dərs saatlarının pulunu alır. Fond pulunu da yuxarı sinif şagirdləri ona görə artıq verirlər ki, direktor onları 5-6, hətta 8-ci saatlardan azad edir. Bildirilir ki, bayramlarda, ad günlərində direktor özünə və müavinlərinə pul yığdırır. Məsələn, müəllimlər günü ilə əlaqədar hər uşaqdan 50 manat toplanıb. Qeyd olunur ki, sinif rəhbərləri şagirdlərdən pulu valideyn komitəsinin əli ilə yığıb “pay-püşk” edir: Direktora – 100 manat, müavinlərin hər birinə – 50 manat, 2 fəndən dərs deyən müəllimlərə 40-50 manat arası, 1 fəndən dərs deyən müəllimə 30 manat, qalanı isə sinif rəhbərinin özünə çatır. Bütün bunlar hələ harasıdır, 2000 manat verib tədris ili boyunca yerli-dibli dərsə gəlməyən şagirdlər də vardır. Onlara qayıb yazılmır, qiymətləri yazılır. Bundan başqa, direktor ilin əvvəlində dərs bölgüsü zamanı müəllimlərə fakültativ dərslərin hər 3 saatını 50 manatdan satıb. Bu keçirilməli olan dərslərin əslində heç biri keçirilmir, sadəcə, jurnala mövzunun adı yazılır.
Mənbəmiz onu da bildirir ki, bəzi şagirdlər(etika xatirinə adları yazmırıq, ancaq adlar bizə məlumdur) həftədə heç bir gün gəlmədiklərinə görə direktora 200 manat ödəyirlər. XI «a» sinfindən də bir neçə şagird direktordan repetitor yanına getdikləri günlər üçün icazə alıblar. XI «e» sinfindən bir neçə şagird direktora pul verib dərsə gəlmədiyi halda müəllimlər ona qiymət yazmağa məcburdurlar. Həftədə 3 gün dərsə gəlməyən daha bir şagird də 800 manat veribAldığımız məlumatlara görə liseydə baş alıb gedən qanunsuzluqlara, özbaşınalıqlara “yuxarıdan” dəstək verən şəxs birbaşa təhsil naziridir. Bunu Səidə xanımın öz yaxın ətrafına dediyinə görə Prezident Administrasiyasında işləyən qohumu keçmiş təhsil naziri Mikayıl Cabbarova məcburi qaydada onu bu vəzifəyə təyin etdiribdir. Yeni nazir Ceyhun Bayramov da bunu bildiyindən ona toxuna bilməz. Toxunulmazlığından ruhlanan S.Zeynalova təkcə bu il şagird qəbulundan 150.000, məktəbli formasının satışından isə 80.000 manat qazanc əldə etmişdir. Bu rəqəmlərə yuxarıda sadaladığımız pul yığımlarını da əlavə etsək direktorun oliqarxa çevrilməsinə az qaldığına şübhımiz belə olmaz.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq. //bizimdovr.az//

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025