Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (13-04-2022, 21:08)
Yeniyetmələrdə artan intihara psixoloq baxışı-ÖZƏL

     

 

  Susidal davranış problemi müasir dövrdə də öz aktuallıgı ilə seçılən problemlərdəndir. Nəzərə alsaq ki, ümumdünya səhiyyə təşkilatının proqnozuna görə 2020-ci  illərdə hər il 1500 000 insan intihar edəcək, onda məsələnin  nə dərəcədə ciddi və aktual olması barədə təsəvvür yaradır.

       xıx  əsrdən etibarən intiharların statistikası daimi və bərabər şəkildə artır və bütün ümumdünya ölkələrində müşahidə olunur. O cümlədən respublikamızda  da

texniki tərəqqinin inkişafı,  kompüter dövrü,  fasebook dünyası,  intrnet aləmi əsasən də yeniyetmələrin həyatına fərqli təsir edir.

       Yeniyetməlik dövrünün fiziki və psixi imkişaf prosesinə nəzər saldıqda görürük ki, bu dövr yaş və inkişaf mərhələsinin ən cətin dövrüdür. Bu yaş dövru ,klassik yanaşmalara əsaslansaq 11-15 yaşları əhatə edir.

       Yeniyetmələrdə suisidin ümumi səbəbləri –sosial psixoloji dezadaptasiyadır. Bu da kəskin psixotravmatik situasiyanin təsiri altında yaranıb,  şəxsin yaxın ətrafı ilə qarşılıqlı ünsiyyətinin pozulmasıdır. 

       Cinsi yetişmə dövründə olan yeniyetmə oğlan və qızlarda elə xüsusiyyətlər əmələ gəlir ki, onları sadəcə olaraq təkcə bioloji amillərlə izah etmək mümkün deyildir. Əsas çətinlik-suisudentin şəxsiyyət xüsusiyyətlərindəndir. Bunlar:  tələbat və istəklərin gərginliyi, onların təmin olunması üsullarını tapa bilməmə, mürəkkəb situasiyalardan çıxmaqdan imtina etmək, özünənəzarətin aşağı səviyyəsi, əsəb-psixi gərginliyin azaldılmasını bacarmama, emosional qeyri   sabitlik, impulsivlik, təsirlənmə qabiliyyətinin yüksəlməsi, güzəştsizlik və həyat təcrübəsinin olmamasını aid etmək olar.     

     Susidal hazirlıq olduqca uzunmüddətli zərbələrin psixotravmatik yaşantıların 

fonunda  yaranır. Yeniyetmələrdə emosional sferada tolerantlıq azalır, aqressivlik yaranır,  həyatın çətinliklərinə qarşı dura bilməmək qabiliyyəti müşahidə olunur.

Suaidal fikirlərin daha tez- tez rast gəlmə səbəbi istənilən yaş dövründə ugursusz sevgidir. Xüsusən də yeniyetmələr  üçün ilk güclü  sevgi –hər şeyi unutdurur. Əgər sevdiyi şəxslə münasibətləri yolunda getmisə bu zaman onun üçün həyatın heç bir mənası olmur. Bu səbəbdən də valideyinlərin yeniyetmələrin həyatının hələ qabaqda, əsl sevginin sonradan olacagı haqqında heç bir sübutu olmayan nəticələri,

öyüdü  , nəsihətləri yeniyetmələrə təsir etmir. Çünki hal-hazırki vəziyyətdə agrı, boşluq hiss edir və bunu agrıyla müqayisə edə bilmir. Yeniyetmələrdə bunu üstələmək üçün təcrübə kifayət etmir, ona elə gəlir ki, gələcəkdə daha da pis olacaq. Bu zaman onlarda belə bir fikir yaranır: əgər sevimli insansız yaşamaq belə agrılı tənhalıqla doludursa , bu zaman onu davam etdirmək  lazımdırmı?...

       Bəzi yeniyetmələrdə cinsi yetişkənlik dovründə həmcinsinə meyillilik yaranır. Onunla bir yerdə olmaq istəyi  onunla fiziki yaxınlıqda olmaq istəyi ilə müşayət olunur.Nəticədə yeniyetməni xəstəlik,sagalmaz pozgunluq hesab etdiyi öz “homoseksuallıgı” qorxudur.Bir çoxları bundan sonra həyatlarına  son qoymaga can atırlar ki,valideyinlərini öz dəhşətli sirləri ilə təəcübləndirməsinlər.

 

    Həyatının belə çiçəklənən dövründə yeniyetmələrin həyata yarımçıq vida etməsinin acısını yaşamamaq üçün valideyinlər,  istənilən həyəcanverici  semptomu yeniyetmənin davranışında müşahidə etdıkdə,  təcili mütəxəssisə müraciət etməlıdırlər.

 

Psixoloq Aygün Əzimova

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024