Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (13-11-2015, 09:52)
Diqqət: övladınızı intihardan necə qorumalısınız? - Psixoloq


 

Azyaşlıların intiharında əsas səbəb valideynlərin səhlənkarlığıdır. Oğlanlarla müqayisədə qızlar intihara daha çox meyilli olurlar. Bu yetişkinlik dönəminin tez inkişafı ilə əlaqəlidir.
Mediatv.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında uşaq psixoloqu Narınc Rüstəmova deyib. Psixoloq bildirir ki, əgər intihar edən qız uşağıdırsa, risk bir az da artır:
 
“Psixoloji faktordan baxsaq, 9 yaşlı uşaq intihar edə bilər. Əgər qız uşağıdırsa, risk bir az da artır. İntihar prosesi birbaşa həyata keçirilən qərar deyil. Əgər bunu 9 yaşlı bir uşaq edirsə, demək, o, bunun haqqında bir neçə dəfə düşünüb, planlaşdırma aparıb. Bu mərhələni isə valideyn hiss etməyi bacarmalıdır. Adətən, 6-7 yaşdan sonra edilən intiharların ciddi səbəbləri olur”.
 
İnsan intihara nə zaman əl atır?
 
Psixoloqun sözlərinə görə, intihar insanda toplanan hislərin partlaması nəticəsində yaranır:
 
“Bu, insanın yaşadığı müddətdə aldığı travmalara görə dəyişir. Belə anda intihar etmək istəyən şəxs nəinki özünə, həm də qarşı tərəfə xəsarət yetirmək potensialında olur. Bu hal daha çox böyüklərdə müşahidə olunur.
 
Uşaq intiharında isə qərar birbaşa olmur. Burada valideyn səhlənkarlığı olmazsa, bu qərarın qarşısını vaxtında almaq olar”.
 
Valideyn nə etməli?
 
“Azyaşlı övladın baxdığı filmlərə, dinlədiyi musiqilərə diqqət edilməlidir. Valideyn özladının xarakterindəki dəyişikləri müşahidə etməyi bacarmalıdır. Hər şey qaydasında gedirsə, azyaşlı xoşbəxtdirsə, əlbəttə ki, intihar da olmaz”.
 
İntiharı əsasən hansı xarakterə sahib uşaqlar edir?
 
Psixoloq bu xarakteri belə sıralayır:
 
Özünəqapalı;
Aşırı dərəcədə xəstəlik keçirən;
Dostu az olan;
Yeməyi tək yeyən uşaqlar.
 
Azyaşlını intihardan necə qorumalı?
 
“Biz uşaqlarımızı özgüvənli böyütməliyik. Çox qayğı övladlarda kompleks yaradır. Bunun üçün də uşaqlarımızı çox əzizləməməli, onları müstəqil həyata hazırlamalıq”.
 
Xatırladaq ki, Bakıda 9 yaşlı qızın özünü uşaq otağındakı kondisionerin naqilindən asaraq intihar etməsi azyaşlılara qarşı bu mövzuda həssas olmağın vacibliyini bir daha gündəmə gətirib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024