Karusel / Slayd / Redaktor seçimi (26-05-2022, 22:22)
Avtoqəzaların artmasında günahkar kimdir-BDYP yoxsa SHXÇDX?
DİN-in Baş DYP İdarəsinin 2022-ci ilin ilk 3 ayı ərzində qeydə alınmış yol qəzaları ilə bağlı statistik məlumatına görə, rüb ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 403 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 183 nəfər həlak olub, 373 nəfər isə xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 27 (+7,2%) fakt, ölənlərin sayı 58 (+46,4%), yaralananların sayı isə 3 (+0,8%) nəfər artıb.
Mediatv.az xəbər verir ki,aparılan təhlillər göstərib ki, 392 (97,3%) yol-nəqliyyat hadisəsi məhz sürücülər tərəfindən (piyadalar tərəfindən 9 / 2,2%) yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib. Bu qayda pozuntularının 40,3%-i, başqa sözlə 158-i sürücülər tərəfindən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi, 33,4%-i isə, yəni 131-i qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması olub.
Yol-nəqliyyat hadisələrinin növləri içərisində piyadanı vurma (187 / 46,4% - 81 nəfər həlak olub, 121 nəfər xəsarət alıb) və toqquşma (129 / 32,0% - 64 nəfər həlak olub, 150 nəfər xəsarət alıb) halları yenə də üstünlük təşkil edib.
Yol qəzalarında həlak olan 183 nəfərdən (yaşı 16-dək olan 9 nəfər, qadınlar 44 nəfər) 83-ü piyada, 46-ı sürücü, 53-ü sərnişin, 1-i isə digər hərəkət iştirakçısı olub.
Bu qəzaların 125-i paytaxda qeydə alınıb. Qəzalar zamanı 52 nəfər ölüb, 96 nəfər yaralanıb. Qeyd edək ki, paytaxda son 3 ay ərzində 89 piyadavurma hadisəsi baş verib, 38 nəfər ölüb, 59 nəfər yaralanıb. Ötən illə müqayisədə piyadavurma hadisələrinin sayı artıb. Bakı şəhərində qeydə alınan qəzaların təhlili aparılarkən o da məlum olub ki, ümumi baş vermiş yol-nəqliyyat hadisələrinin 25,6 faizi sürət səbəbindən olub.
Gəlin razılaşaq ki, get-gedə artmaqda olan bu dəhşətli statistikanın səbəbini heç də tam olaraq əhalinin təbii artımı, o cümlədən hərəkət iştirakçılarının, avtomobillərin sayının çoxalması ilə əlaqələndirmək, qəzaların hamısının sərxoşluq, ehtiyatsızlıq və özünəgüvənmə halları, yol nişanlarının çatışmazlığı, yol polisinin zəif nəzarəti ilə bağlı olduğunu düşünmək sadəlövhlük olardı. Ən ciddi səbəb sürücülük vəsiqəsi verilmiş şəxslərin naşılığıdır.
Mediatv.az bildirir ki,bu gün Azərbaycan reallığında heç kimə sirr deyil ki, sürücülük məktəblərində müdavimlərə əyani, praktik dərslər keçirilmir, nəzəri bilgilər öyrədilmir. Çox təəssüflər olsun ki, sürücülük məktəbinə formal olaraq adı yazılanlar dərsə getmirlər və sonda tam kursu bitirmələri haqda sənəd alırlar.Qeyd edək ki əksər sürücülük məktəbləri SHXÇDX-nin tabeçiliyindədir.Təlim üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi,məktəb direktorları şəxsi məqsədləri üçün istifadə edirlər.SHXÇDX-dən bu iş üçün məsul olan şəxsləri bu faktlar əsla maraqlandırmır.Sürücülük məktəblərinin belə özbaşınalığına SHXÇDX-nin rəhbərliyi nədənsə "göz yumur". Daha sonra həmin sənədi Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat – İmtahan İdarəsinin regional idarələrində imtahan verib sürücülük vəsiqəsi alırlar. Zəruri biliklərə yiyələnmədən imtahanı necə vermələri əlahiddə söhbətin mövzusudur. Ola bilməz ki, imtahanlardan uğurla çıxanların hamısının bəxti gətirib, qarşılarına mənimsəmiş olduqları barmaq hesabı sayı gələcək qədər az suallar çıxıbmış.
Sürücülük məktəblərinin fəaliyyətinə BDYPİ-nin Qeydiyyat–İmtahan İdarəsinin regional struktur vahidlərinin nəzarət etməli, o cümlədən, məktəblərdə vaxtaşırı reydlər keçirərək müdavimlərin dərsə davamiyyətlərini yoxlamalıdırlar. Görünür, həmin idarələrin rəhbər vəzifəli şəxsləri belə nəzarəti həyata keçirməkdə maraqlı deyillər. Səbəb yalnız onunla izah oluna bilər ki, həmin vəzifəli şəxslər sonrakı proseslərdə - imtahana hazırlıqsız namizədlərin gəlməsində və “uğurlu” çıxmalarında, sürücülük vəsiqələrinə yiyələnən hərəkət iştirakçılarının yol hərəkəti qaydalarını pozmalarında maraqlı olsunlar. Etiraf edək ki, formalaşdırılan məhz belə şərait yol polisinə korruptiv manipulyasiyalar etmək imkanı yaradır. Bu sahəyə nəzarətedici funksiyalar məsələsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Daxili İşlər Nazirliyinin səlahiyyət bölgüsünə qanunvericilik səviyyəsində aydınlıq gətirilməlidir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024