Teref. Info-nun poçtuna gələn araşdırma yazısını oxuculara təqdim edir:
Bakı Dövlət Universitetinə indiyə qədər Əziz Əliyev, Abdulla Qarayev, Cəfər Xəndan, Mehdi Əliyev, Yusuf Məmmədəliyev, Şəfayət Mehdiyev, Faiq Bağırzadə, Yəhya Məmmədov, Mirabbas Qasımov,Murtuz Ələsgərov kimi nüfuzlu şəxsiyyətlər rəhbərlik ediblər. Lakin, heç bir rektorun dövründə tələbələr rüşvətxorluğa görə etiraz aksiyası keçirməyiblər. Hələ heç bir rektor öz tələbəsini məhkəməyə verməyib. Hələ indiyə qədər heç bir rektor yüksək vəzifədə olanlara bu qədər diplom peşkəş etməyib. Ümumiyyətlə, araşdırsaq, görərik ki, yuxarı və orta məmur təbəqəsinin, deputatların, iş adamlarının əksəriyyəti öz bioqrafiyalarına zənginlik qatmaq üçün 30-40 yaşlarında BDU-nun Hüquq, Beynəlxalq Hüquq və digər prestijli fakültələrinin diplomlarını alıblar. Bəli, məhz ALIBLAR! Bu diplomların onların bioqrafiyalarını, bilik və bacarıqlarını nə dərəcədə zənginləşdirdiyi şübhəli olsa da, bəzi şəxslərin öz böyük bizneslərinin bir qolu kimi, ikinci ali təhsil diplomlarının alınıb-satılması işindən əməlli-başlı zənginə çevrildikləri heç bir şübhə doğurmur…
BDU-nun dünya səviyyəli bir ali təhsil ocağına çevrilməsi üçün dövlət tərəfindən nə lazımdırsa edilib. Hələ 2000-ci ilin 13 iyulunda mərhum Heydər Əliyev BDU-ya özünümaliyyələşdirmə muxtariyyəti verilməsi haqqında fərman imzalamışdı. Ötən ilin noyabrında isə prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinə publik hüquqi şəxs statusu verildi. Sərəncama əsasən, təhsil müəssisəsi müstəqil idarəçilik sisteminə keçməlidir. Bunun anlaşılan izahı budur ki, universitetin dövlət büdcəsindən asılılığı minimuma endirilməli və özünü maddi baxımdan idarə etməsinə zəmin hazırlanmalıdır. Amma, A. Məhərrəmov nəinki verilən fərmanlara riayyət edir, əvəzində ildən-ilə dövlət büdcəsindən daha çox maliyyə vəsaiti almağa çalışır.
BDU-da yaradılan sistemin nəticəsidir ki, tələbələrə gələcəyin elm xadimləri kimi yanaşılması əvəzinə potensial qazanc mənbəyi kimi baxılır. Bu isə hər il qanunsuz olaraq milyonlarla rüşvətin toplanmasına meydan açır. Hər il universitetdə təhsil alan 20 min tələbədən təxminən 4500 nəfəri dövlət imtahanına buraxılır. Onlardan isə 15-20 faizi həmin imtahandan kəsilir. Rubrika.Az saytına verilən məlumatlara görə, imtahandan kəsilənlərdən dövlət imtahanından keçmək üçün 4 min manat tələb olunur. 4500 nəfərin 10 faizi 450 tələbə edir. 450 tələbənin “imtahandan müvəffəq qiymət alması” isə nə az nə çox 1,8 milyon manata başa gəlir. Bu prosesin ildə 2 dəfə təkrarlanması isə 4 milyon manata yaxın vəsait edir. Böyük uğurdur, dünya universitetlərinin reytinq cədvəllərini alt-üst edə biləcək nailiyyətdir.
BDU tələbələrə o qədər “qayğı göstərir” ki, hətta onlara hərbi xaidmətdə olduqları vaxt belə imtahan keçirir. Belə ki, 2015-ci ilin yanvar ayında Baki Dövlət Universitetinin Hüquq Fakultəsinin Orxan Novruzov adlı tələbəsi kəsirləri olması səbəbindən dövlət imtahanı vermədən hərbi xidmətə gedib. Lakin, Orxan Novruzov həmin ilin may ayında, rəsmən hərbi xidmətdə olmasına baxmayaraq, kəsirlərini verib qurtarmış olur. Məlum olub ki, hərbi xidmətdə olduğu müddətdə gecəni gündüzə qatan O. Novruzov imtahanlara ciddi hazırlaşıb və may ayında 2 günlük məzuniyyətə gələrək dövlət imtahanında iştirak edib , uğurla"imtahan” verərək hərbi xidmətə geri dönür. Nəticədə də passiv tələbəliyini bitirir və diplomunu alaraq 1 il hərbi xidmət keçirir.
Əslində bütün bu sistemi quran akademik Abel Məhərrəmov deyil.Onun bütün qara işlərini həyata keçirdən və bütün bunlara baxmayaraq kölgədə qalmağı bacaran prorektor Sani Hacıyevdir. Media üzərindən aparılan araşdırmalara əsasən, BDU-da belə "maliyyə əməliyyatlarına" rəhbərliyi sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Sani Haciyev tərəfindən həyata keçrilir. Hər semestrdə "qara kassaya", idarə olunmasına məhz onun rəhbərlik etdiyi bildirilir. Bu barədə gələcəkdə daha ətraflı məlumat verəcəyik.
Bu vəsait yalnız dövlət imtahanında yığılan məbləğdir. Digər imtahan və “zaçot”ları da nəzərə alsaq, hər il BDU-da tələbələrdən milyonlarla manat yığıldığı məlum olar. Bəzən Sani müəllimin bu saxtakarlıığına qarşı etirz edənlərdə olub. Heç də uzaq olamayan keçmişimizdə Sani müəıllimin saxta bir sənədi qeydiyyatdan salamaq üçün ümumi şöbənin müdürü Kəmalə Əliyevanın yanına gedib. Saxta sənədi qəbul etməkdən imtina edən ümumi şöbənin müdiri Kəmalə Əliyevaya təzyiq göstərib və hətta bununla ürəyi soyumayan Sani müəllim onun üstünə hücüm çəkib. Kəmalə xanımın dediklərindən:
"Hətta bununla da ürəyi soyumayan Sani müəllim mənim üzərimə hücum edərək boğmaq istədi. Bütün baş verənləri otaqda olanlar gördü". Bu kiçik epizod böyük məsələlərdən xəbər verir. BDU-da aparılan bütün saxytakarlığın başında Sani müəllimin dayandığını desək bəlkədə yanılmarıq. Onuda qeyd edək ki, Kəmalə xanım bu hadisə ilə bağlı polisə yox, Abel müəllim müraciət edib və Abel müəllim işin üstünü zamanla ötüşdürüb!(İnterpress.az)
BDU- da yoxlama aparan Hesablama Palatasının auditi müəyyən edib ki, dövlət sifarişi ilə təhsil alan, lakin müxtəlif səbəblərdən universitetdən xaric edilən tələbələr üzrə təhsil haqqı məbləği dövlət büdcəsinə qaytarılmayıb. Bundan başqa, «Maarifçi Tələbə Kredit» Fondu ilə təhsil krediti haqqında müqavilə imzalayan tələbələr üzrə hesablanmış təhsil haqqı məbləği universitetin zərərinə silinib.
Palata bildirir ki, əməkhaqqına əlavələrin qeyri-düzgün tətbiqi nəticəsində Gənc İstedadlar Liseyinin müəllimlərinə artıq, işləyən məcburi köçkünlərə əlavə əməkhaqqı, Universitetdə təhsil alan və Azərbaycan vətəndaşı olmayan tələbələrə də təqaüd ödənilib.(rəsmi hesabat)
Teref.az – a yazan mənbənin yazdığına görə Sani müəllim BDU-da kürdlərin himayəçisi kim ıxış etdiyi hadislərdə olub. Universitetdə PKK yandaşlarının kürd separatizmi ilə balı apardığı təbliğatı ifşa edən tələbə C.Mehrəliyevi “faşist” adlandırıb. Kürd separatizmini dəstəkləyib onları ifşa edən tələbəyə “faşist” deməyin adı nə ola bilər.
Əslində hər şey olduğu kimi qalmalı idi, lakin hörmətli Sani müəllimin mediaya buraxdığı yoxlama zondu (Sani Hacıyev BDU-nun rektoru təyin olunub ?) başlığı altında gedən yazılar rəqibləri tərəfindən bütün diqqəti ona yönəltdi.
Kuluarlarda gedən söhbətlrə görə artıq prorektor Sani Hacıyevin kompleks işlərinin yoxlanılamsına başlanılıb.
Teref.az olaraq onu da qeyd etmək istəyirik ki, əslən Qərbi Azərbaycandan olan Sani Hacıyev BDU-nun tarix fakültəsinin məzunudur. O, mərhum YAP-çı deputat Səfiyar Musayevin bacısı oğludur. 80-ci illərdən BDU-da çalışıb. Amma 90-cı illərin əvvəllərində elmi-pedaqoji fəaliyyətinə bir qədər fasilə verərək bizneslə məşğul olub, Bakıda sabun (yaxud da kolbasa-sosiska) istehsal edən sexə rəhbərlik edib, sonradan BDU-dakı işinə qayıdıb. BDU-dakı mənbələrin dediyinə görə, Sani Hacıyevin özünü universitetdə belə arxayın aparmasının səbəblərindən biri də rektor Abel Məhərrəmovun köməkçisi ilə yaxın qohumluq əlaqəsidir. Belə ki, Sani Hacıyev BDU rektorunun köməkçisi Polad Məmmədovla (sonuncu isə fizika fakültəsinin dekanı Rasim Məmmədovun oğludur) xalaoğludur.
Lakin artıq onların “fironluq “ erası bitib və onların bütün bu işləri ilə aidiyyatlı orqanlar ciddi məşğul olmağa başlayıblar. Hələlik isə
Mövzuya qayıdacağıq.
Teref.az olaraq yazılan iddialarla bağlı hörmətli prorektor Sani Hacıyevə telefon açsaqda suallarımızı eşitmədən belə telefonu üzümüzə qapatdı.
Karusel / Slayd / Redaktor seçimi (8-12-2018, 14:00)
Abel Məhərrəmovun “qara kassa”sı HƏDƏFDƏ - İTTİHAM
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024