Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd / Aktual / Redaktor seçimi (16-11-2018, 21:41)
Səfər Mehdiyev qara işləri onun əli ilə görür... - İDDİA

 Hazırda Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general mayoru Ehtiram Xəlilovla bağlı DİA.AZ-a ilginc informasiyalar daxil olub. Belə ki, bilgili qaynağın iddialarına görə, əvvəllər Dövlət Gömrük Komitəsinin hazırki sədri Səfər Mehdiyevə o qədər də yaxın olmayan, sonradan, yəni Səfər Mehdiyevin DGK rəhbərliyinə təyinatının ardından səf dəyişdirən Ehtiram Xəlilov bu gün yeni rəhbərliyin "qara kassası" rolunda çıxış etməkdədir.

Məlumatlı mənbə dia.az bildirir ki, Ehtiram Xəlilovu hazırda tutuduğu vəzifəyə Səfər Mehdiyev təyin edib: "Daha əvvəl isə o, Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifəsində çalışıb. Bundan əvvəl isə Sumqayıt gömrüyünə rəhbərlik edib. Lakin harda işləməsindən, yəni hansı kürsüdə oturmasından asılı olmayaraq Ehtiram Xəlilovun əsas vəzifəsi məhz köhnə rəhbərliyin özü və qonaqları üçün məclis tərtib etmək olub".

Mənbənin sözlərinə görə, Etiram Xəlilovun əsas istedadı da məhz bunula yekunlaşıb: "Yəni onun peşəkar gömrükçü kimi elə bir məziyyətləri də yoxdur. General paqonunu da ona elə köhnə rəhbərlik hədiyyə edib. Amma sonradan Ehtiram Xəlilov "hər cür şəraitə uyğunlaşma" məharətini ortaya qoyaraq Səfər Mehdiyevin səngərində yer alıb. Nəticəsi isə təbii ki, vəzifə mükafatı və bu gün də Səfər Mehdiyevin xidmətində dayanmaq olub".

Mənbə dia.az-a açıqlamasında əlavə edir: "Səfər Mehdiyev DGK sədri olduqdan sonra Etiram Xəlilov bütün qara biznesə nəzarətetməkdədir. Gömrükdə hansı yüklər hara gedir, - bunu ondan soruşmaq olar. Təbii ki, bu da Səfər Mehdiyev üçün olduqca incə məsələlərdəndir".

Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq... 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024