Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (10-03-2021, 10:12)
Beynimizin qatili olan 5 qida hansıdır?

 Orqanizmin şahı, başı, bütün prosesləri tənzimləyən orqanı beyin də qidalanmadan asılıdır. Elə qidalar var ki, ona mənfi təsir edir, tormozlayır.
Mediatv.az Medicina.az-a istinadən beynin düşməni olan qidaları, ərzaqları təqdim edir.
1. Yağda qızardılmış yeməklər
Bura qıpqırmızı toyuqdan tutmuş kartofa kimi aiddir. Bu yeməklər beyin damarlarını tıxayır, beynin koqnitiv funksiyasını aşağı salır, gələcəkdə Alsgeymer xəstəliyinə səbəb olur. Alimlər bildirir ki, hər gün qızarmış yemək yeyən insanlarda yaddaş və oxumaq, bilik qabiliyyəti az olur.
Nə etməli? Ət, toyuq, tərəvəzləri alternativ yollarla bişirin: sobada, manqalda, buxarda və s.
2. Ağ düyü
Xüsusən yağlı plov yüksək qlikemik indeksə malik ərzaqdır. Alimlər elmi təcrübələri ilə sübut edib ki, bu qidaları qəbul edənlərdə psixi narahatlıq, depressiya çox yaşanır.
Ağ düyü yaddaş və intellekti azaldır.
100 qr iri düyünün qlikemik indeksi 70-dir, qlikemik təsir yükü isə 55-dir. Amma digər qəhvəyi və qara düyünün isə bu göstəriciləri dəfələrlə azdır.
Əgər ürəyinizdən düyü keçirsə, sənaye baxımından emal olunub ağ hala gətirilımiş düyü yox, təbii, qəhvəyi, qara düyü yeyin.
3. Qazlı şirin içkilər
İnsanlığın özünə düşmənçiliyi elə qazlı içkilərin icadı ilə başladı.
Bu içkilərin tərkibində olan bir çox maddələr, aspartam uşaqlar və diabetli xəstələr üçün yolverilməzdir. Bu maddə beyinə pis təsir edir, başağrıları, yuxusuzluq verir, hər gün 50 ml qazlı şirin içkilər içənlərdə isə beynin koqnitiv funksiyaları və yaddaş zəifləyir.
4. Hazır qənnadı məhsulları
Büyün peçenye, vafli, tortlar, pryaniklər - dadlı, şirin, yağlı, kremli nə varsa, beyin üçün zərərlidir. Onların tərkibində olan transyağlar, qarğıdalı siropu, şəkər əqli zəiflədir, beyni söndürür, yaddaşı pozur. Bu qidaların tərkibində hətta təbii süd və yağ belə yoxdur. Aromatizatorlar, rənglər, şəkər insanı depressiyaya salır.
5. Tərkibində yüksək miqdarda şəkər olan hər şey
Hazırda ərzaqlara həm açıq, həm də gizli, göstərilməyən miqdarda əlavə olunan şəkər insanları həmin ərzaqlardan asılı hala salır, bədəni şəkərə öyrəşdirir, getdikcə beyni məhv edir. Çox şirniyyat yeyən uşaqların əqli inkişafında gerilik olur. Xüsusən ponçiklər, dondurmalar beyin üçün zərərlidir. Amma təbii ki, bunları arada, ayda-ildə 1-2 dəfə yemək olar.
Eləcə də çipsilər, suxarilər tərkibində yüksək miqdarda transyağ olduğu üçün beyni öldürür. Belə qidalar yeyən insanlar hələ 50 yaşına çatmadan 80 yaşındakı kimi huşsuz, diqqətsiz olur.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024